Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Əməkdar artist vəfat etdi

Baxılıb: 370     Tarix: 30-09-2021 12:18   
Azərbaycan əsilli Özbəkistan rəqqası Kövkəb Əliyeva vəfat edib.
Bu barədə Qanunvehedef.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, K.Əliyeva hazırda Özbəkistanın paytaxtı Daşkənd şəhərində dəfn edilir.
Qeyd edək ki, K.Əliyeva 1935-ci ildə İranın Məşhəd şəhərində anadan olub. Özbəkistana köçmüş rəqqas Daşkənd Dövlət Xoreoqrafiya məktəbini bitirib. Daha sonra Özbəkistanda tanınmış Batır Zakirovun estrada orkestrində işləyib. O, Oleq Lundstremin estrada orkestrində rəqqasə olub. 2002-ci və 2005-ci illərdə keçirilmiş "Özbəkistan - bizim ümumi evimizdir" festivallarının laureatı olub. Özbəkistanda fəaliyyət göstərən "Mexrijon" xeyriyyə fondunun həmsədridir.
O, bu günə kimi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Azəri qızları" rəqs ansamblının bədii rəhbəri olub.
K.Əliyeva Azərbaycan və Özbəkistanın əməkdar artistidir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar