Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Oksana və Şəhriyar boşandı - FOTO

Baxılıb: 577     Tarix: 07-09-2022 11:32   

Rəqqasə-aktrisa Oksana Rəsulova aparıcı həyat yoldaşı Şəhriyar Əbilovdan boşanıb.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi instaqramda səhifəsində məlumat yayıb. O bildirib ki, Şəhriyarla nikahlarını bir il əvvəl sonlandırıb:
"Dəyərli izləyicilər, sizinlə mühüm bir mövzunu paylaşmaq istəyirik. Bunu ona görə sizinlə bölüşürük ki, hər zaman mənə və Şəhriyara dəstək olmusunuz, bunu bilmək haqqınızdır. Bildiyiniz kimi, biz Şəhriyarla 12 ildən çoxdur dostluq edirik. 5 il bundan öncə qərarlaşdıq ki, ailə həyatı quraq, kəbin etdik, sonra isə oğlumuz Osman dünyaya gəldi. Buna görə Allah şükür edirik. Bu xəbərə çox insanlar sevindi və bizi təbrik etdi, buna görə izləyicilərimizə minnətdarıq.
Təəssüf ki, çox yaxın dost olduğumuza görə, bizim münasibətimiz ailədən çox dost münasibəti kimi davam edirdi. Bir neçə dəfə ailə olmağa cəhd etdik, ər arvad olmağa çalışdıq alınmadı. Bir il öncə qərara gəldik ki, kəbinimizi pozaq, dost kimi münasibətimizi qoruyub saxlayaq. Hər ikimiz üçün daha yaxşı oldu. Onu da demək istəyirik ki, biz Şəhriyarla hazırda çox yaxın dost kimi qalırıq və ömrümüzün sonuna qədər hər ikimiz övladımızın yanındayıq. Allah bütün balaları qorusun".
Qeyd edək ki, cütlük ötən il evli olduğunu açıqlamışdı. Oksana daha əvvəl ailəli olsa da, bu, Şəhriyarın ilk nikahı idi.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar