Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Havalar soyuduqca bu qidalara üstünlük verilməlidir

Baxılıb: 813     Tarix: 24-09-2019 12:03   

Rasionun düzgün təşkil olunmaması və qeyri-sağlam qida məhsulu müxtəlif problemlərin yaranmasına zəmin yaradır. Protein, şəkər, yağ, mineral və vitaminlər ehtiyac duyduğumuz beş əsas qida ünsürüdür. Orqanizm həmin maddələri ət, yumurta, taxıl, tərəvəz və onlardan hazırlanan müxtəlif təbii içkilərdən alır.
Qanunvehedef.az xəbər verir ki, son illərdə aparılan araşdırmalar göstərir ki, həmin qidaların tərkibində liflərin səhhətimizin qorunması və xəstəliklərin profilaktikası baxımından əhəmiyyəti böyükdür.
Yayın ən çox sevilən bostan bitkiləri qarpız və yemişin ləti həzm sistemi, qaraciyər xəstəlikləri və əsəb pozğunluğu problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərir.
Şaftalı, əncir, üzüm və gavalı kimi vitaminlərlə zəngin yay meyvələri müxtəlif xəstəliklərə qarşı mübarizədə orqanizmə kömək edir.
Sulu meyvələrdən üzüm, şaftalı və gavalının çoxluq təşkil etdiyi isti yay aylarından fərqli olaraq havalar soyuduqca S vitamini ilə zəngin narıngi və portağalla qidalanmaq soyuq qış aylarına hazırlıq xarakteri daşıyır.
Alma isə insanın ömrünü uzadır, ürək-damar sisteminin işinə müsbət təsir göstərir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar