Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ardıc yarpaqlarının mühüm faydaları

Baxılıb: 584     Tarix: 30-09-2019 13:08   

Ardıc meşəsi salınması ekoloji durumu yaxşılaşdırmaq üçün ən yaxşı vasitə hesab olunur. Dünya florasında onun 70-ə qədər növü yayılıb. Onların əksəriyyəti şimal yarımkürəsinin mülayim zonalarında, həmçinin Mərkəzi Amerikanın tropik dağlıq ərazilərində, Hindistan və Şərqi Afrikadadır.
Qanunvehedef.az xəbər verir ki, ölkəmizdə əsasən Boz dağın ətəklərində, Naxçıvan və Lerik meşələrində bitən ardıc ağacına dağ sərvi də deyirlər. Giləmeyvəsi adətən ikinci ildə yetişir və şirəli olur. Yaşıl rəngli meyvələri yetişəndə qaramtıl-göy rəngə çevrilir. Toxumları yumru, uzunsov və qonurumtul rəngdədir.
XII əsrdə yaşamış Məhəmməd Möminin 1669-cu ildə yazdığı “Töhfətül-möminin” əsərində qeyd edirdi ki, ardıc həlimi sidikqovucu təsirə malikdir, bəzi bağırsaq qurdlarına öldürücü təsir edir. Ardıc yarpaqlarından ovxalanaraq hazırlanılmış islatma xora, bədən keyiməsi və uyuşma zamanı xeyirlidir. Ovxalanmış meyvələrinin sirkə ilə məlhəmi saç tökülməsi zamanı faydalı təsir göstərir. Meyvələri və əncirdən hazırlanmış məlhəm bədənin donması zamanı tətbiq olunur. Ardıcın mədəyə ziyan verməməsi üçün onu balla qarışdırmaq lazımdır.Ardıc müasir tibdə də istifadə olunan əsas bitkilərdən biridir. Müalicə məqsədilə onun ancaq meyvələrindən istifadə olunur, “Vişnevski” məlhəminin tərkibinə daxildir. Qurudulmuş meyvələrinin çay kimi dəmləməsindən, eləcə də spirtli duru ekstratından həzm prosesini yaxşılaşdıran, tərlədici və iştahagətirici vasitə kimi istifadə edilir. Ardıc yarpaqlarından alınan efir yağının spirtli məhlulu revmatizm və nevrologiyada ağrıkəsici sürtmə dərmanı kimi istifadə edilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar