Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycanın qonşuluğunda QİÇS TƏHLÜKƏSİ: 8 min nəfər bu xəstəliyə yoluxub

Baxılıb: 665     Tarix: 13-11-2019 11:15   

Gürcüstanda QİÇS-ə yoluxma ilə bağlı 570 yeni hal qeydə alınıb.
Qanunvehedef.az report.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzindən bildirilib.
Bu ilin noyabrın 10-na olan məlumata əsasən, qonşu ölkədə bu infeksion xəstəliyə yoluxanların ümumi sayı 8004 nəfər təşkil edib ki, onların da 43-ü uşaqdır.
Xəstəliyə yoluxanların 6006-sı kişi, 1998-si isə qadındır. Həmin şəxslərin böyük əksəriyyətini 29-39 yaş qrupuna daxil olan şəxslər təşkil edir. QİÇS 4184 xəstədə inkişaf edib, 1619 nəfər isə ölüb.
HİV infeksiyasına yoluxma hallarının böyük əksəriyyəti - 2956 fakt olmaqla Tbilisidə qeydə alınıb. Onlardan 87-si xarici ölkə vətəndaşıdır.
Azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində 452 nəfər QİÇS daşıyıcısıdır.
Qeyd edək ki, Gürcüstanda QİÇS-ə ilk yoluxma halı 1989-cu ildə qeydə alınıb. Qonşu ölkədə QİÇS-dən test müayinəsi və vətəndaşların müalicəsi ödənişsiz həyata keçirilir.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar