Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ağdaşda qadın, Tərtərdə körpə öldü

Baxılıb: 721     Tarix: 15-11-2019 09:01   

Ağdaşda qadın əməliyyatdan sonra ölüb.
Qanunvehedef.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdaş Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb. Rayon sakini, 1981-ci il təvəllüdlü Sevda Firuz qızı Musayevanın üzərində uşaqlığın götürülməsi əməliyyatı aparılıb. Əməliyyatdan sonra qadının səhhəti pisləşib və o dünyasını dəyişib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Daha bir ölüm hadisəsi isə Tərtərdə baş verib.
Belə ki, hadisə Tərtər Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb. Rayonun Borsunlu kənd sakini, 1997-ci il təvəllüdlü İlahə Eldar qızı Axundova doğuş məqsədi ilə xəstəxanaya daxil olub. Doğuş zamanı körpə ölüb.
Faktla bağlı Tərtər rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}