Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Oqtay Gülalıyev “Amerikan” xəstəxanasına köçürüldü

Baxılıb: 553     Tarix: 20-11-2019 14:41   

Hüquq müdafiəçisi Oktay Gülalıyev İstanbulda yerləşən "Amerikan" xəstəxanasına köçürülüb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, köçürülmə az öncə həyata keçirilib:
“Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər”.
Xatırladaq ki, 29 oktyabr tarixində axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi piyada keçidindən yolu keçərkən avtomobil vurub. Gülalıyev ağır xəsarət alıb. Qəzanı 90 PZ 543 dövlət nömrə nişanlı, “Hunday" markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi xəstəxanaya çatdırıb.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb və o, müalicə üçün Türkiyəyə aparılıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar