Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Yanıq xəsarəti zamanı kartof, krem qəti olmaz – Həkim

Baxılıb: 673     Tarix: 21-11-2019 14:45   

Xəzər rayonunda ikisi uşaq olmaqla, üç nəfər qaynar suyun dağılması səbəbindən yanıq xəsarətləri alıb. 32 yaşlı ana 3 və 5 yaşlarında olan uşaqları ilə birgə aşağı ətrafların ikinci və üçüncü dərəcəli termik yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Azyaşlı uşaqların olduğu evlərdə əksər hallarda yaşanan belə hadisələrə qarşı valideynlərin bir çoxu ilkin tibbi yardım kimi nə etməli olduğunu bilmir. Bu da yanıq dərəcəsənin və ağrının daha da ağırlaşmasına səbəb olur.
Bəs bu kimi hallar qarşısında ilkin olaraq hansı addım atılmalıdır?
Pediatr Vaqif Qarayev açıqlamasında bildirib ki, yanıq zamanı hər kəs ilk olaraq soyuducuda olan müxtəlif kremləri, kartofu, diş pastasını yara nahiyəsinə çəkir:
“Bu isə qətiyyən doğru deyil. Belə halda həkim ilkin baxışda yanığın dərəcəsini təyin edə bilməyəcək. Həkim gələnədək uşağın əynindəki paltarların bədənə yapışmayan hissələrini kəsib çıxarmaq lazımdır. Yapışan hissələrə isə əl vurmaq olmaz. Yanıq sahəsini soyuq suyun altında tutmaq lazımdır. Bu zaman həm ağrı azalacaq, həm yanıq dərinləşməyəcək. “Pantenol” adlı sprey var, hər evdə olsa yaxşıdır. Yanıq xəsarəti zamanı ilkin yardım üçün əla vasitədir”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar