Afaq Səfərova -Uşaqların xilaskarı
Baxılıb: 1 023 Tarix: 26-11-2019 12:20
"Həkimlik sənəti daim inkişaf edir, qazanılmış təcrübə hesabına zənginləşərək irəliləyir. Heç bir peşədə Hippokrat andı kimi and yoxdur. Hippokrat andı içən hər bir həkim o anda sona qədər sadiq qalmalıdır".
Heydər ƏLİYEV
Bir valideyinin ən böyük xoşbəxtliyi övladlarının sağlamlığıdır. Bunun üçün isə təməl sağlam qoyulmalıdır. Körpə doğulduğu gündən düzgün müayinə edilməli, lazımı tədbirlər görülməlidir. Ölkəmizdəki gənc anaların övlad dünyaya gətirdikdən sonra ilk qayğısı savadlı pediatrdan tövsiyyə almaları olur.
Qanunvehedef.az Xəbər Portalının ünvanına gələn məktubların içərisində valideynlərin həkimindən məmnunluğunu bildirməsi üçün hazırladığı bu yazının yayımlanmasını istəməsi diqqətimizi çəkdi və yazını olduğu kimi sizlərə təqdim edirik. Və bizdə düşünürük ki, Azərbaycanda Tibb yüksək səviyyədə inkişaf edir və dəyərli və savadlı mütəxəssislər günü gündən çoxalır.
Xətai Rayon Əhmədli qəsəbəsində yaşayıram. Övladım beş ildir ki, allergic xəstəlikdən əziyyyət çəkir. Müxtəlif klinikalarda həkim-pediatrlardan müalicə alırdım. Son ümid yeri olaraq Tibb elmləri üzrə fəlsəfə doktoru-pediatr Afaq Səfərovanı məsləhət gördülər.Afaq xanımın apardığı düzgün müalicə, göstərdiyi diqqət və qayğı nəticəsində oğlum yenidən həyata qayıtmış, tam sağlam şəkildə cəmiyyətə qatılmışdır. Hazırda səhhəti yaxşıdır, özünü rahat hiss edir, daha da yaxşı olacağıma ümid edirəm Bütün bunlara görə bir ana olaraq mən, klinikanın həkim-pediatrı Afaq Səfərovaya təşəkkür etməyi özümə borc bildim.
Hörmətlə; Ellada xanım
İndiyə kimi həm Türkiyə, həm Azərbaycanda bir neçə pediatrın müayinə etməsinə baxmayaraq, ürəyində küy olmasından şübhələnib tədbir məqsədli kardioloq müayinəsini məsləhət bilən yeganə həkim Afaq xanım oldu. Afaq xanım bizi gülər üzlə qarşılayıb, səbrlə dinləyib hər –tərəfli müayinə etdiyi üçün təşəkkür edirəm. Professionallığınız hər
halınızdan bəllidir. Həm mən, həm qızım sizdən razı qaldıq. Qizimin məmnunluğu baxışlarından oxunur.
Hörmətlə; Elnarə xanım
Daha biir təşəkkür məktubu Əliyevlər ailəsi tərəfindən ünvanlanır:
Əliyevlər ailəsi olaraq poliklinikanın həkim-pediatrı Afaq Səfərovaya qəlbdən təşəkkür edirik, can sağlığı işlərində uğurlar arzulayırıq. Qeyd edək ki, övladımız dünyaya vaxtından əvvəl göz açmışdı, başqa klinikalara müraciət etsək də, müsbət nəticə əldə olunmamışdı. Biz övladımızı bura demək olar ki, çox ağır vəziyyətdə və ümidsiz şəkildə Afaq xanımın öhdəsinə təhvil verdik. Afaq həkimin böyük diqqəti, səyi, güclü bacarıqları, təyin etdiyi müalicə sayəsində övladımız həyata gözünü açdı. Elə bil ki, bizim üçün balamız ikinci dəfə dünyaya gəldi. Sizə borcluyuq qayğınıza görə.
Hörmətli redaksiya heyəti! Sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Afaq Səfərovaya mənim və mənim kimi yüzlərlə valideynlərin adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm. Biz də öz növbəmizdə Səhiyyə sahəsində əzmlə çalışan, həyat və fəaliyyətini xalqın sağlamlığına həsr edən həkimlər cərgəsində nüfuzu, bacarığı və uğurları ilə seçilən Afaq həkimə həyatda can sağlığı, işdə nailiyyətlərlə dolu nurlu sabahlar arzulayarıq. Bu gün Azərbaycan Tibb elminin inkişafı, həkimlərimizin yüksək səviyyəli müalicə üsulları biz vətəndaşları həddən ziyadə sevindirir. Ailəmizə sevinc bəxş edə Afaq Səfərovaya dərin təşəkkürümü bildirir, hər birinizə şəfalı əlləriniz var olsun deyirəm.
Qanunvehedef.az saytı olaraq biz də öz növbəmizdə Səhiyyə sahəsində dəyanətlə çalışan gözəl və şərəfli həkimimiz Afaq həkimə nailiyyətlərlə, uğurlarla zəngin bir həyat yolu arzu edərək deyirik: -Xalqın Vətənin layiqli ziyalısı Afaq həkim, bir ömür həsr edərək, çalışdığınız bu illər ərzində etdiyiniz xeyirxah əməllərin müqabilində İlahi sizə səhər günəşinin ziyasına boyanan açıq səmalı, xoş müjdəli sabahlar nəsib etsin.

Ən çox oxunanlar
Son xəbərlər