Hər gün bu xəstəlik 320 can alır
Baxılıb: 639 Tarix: 02-12-2019 16:05
1 dekabr Ümumdünya QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günüdür.
Qanunvehedef.az xəbər verir ki, Dünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildən qeyd edilir. 1981-ci il iyunun 5-də Amerikada Xəstəliklər Üzərində Nəzarət Mərkəzinin aşkar etdiyi QİÇS bəşəriyyətin üzləşdiyi ən dəhşətli xəstəliklərdən birinə çevrilib. Həmin günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan HİV-infeksiyanın və QİÇS-in pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir.
Ölkəmizdə QİÇS ilk dəfə 1987-ci ildə qeydə alınıb. Həmin vaxtdan 2019-cu il iyulun 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi olaraq 6502 İİV-infeksiyalı xəstə qeydiyyata alınıb, onlardan 4568 nəfərini kişilər, 1934-ü nəfərini qadınlar təşkil edir.
2019-cu ildə dünyada QİÇS-ə yoluxanların sayı isə 37,9 milyon nəfərdir. Onlardan 24,5 milyonu müalicə olunur.
Könüllülük və gizlilik əsasında QİÇS testləri ilə bağlı yeni yanaşmalar bir çox insana xəstəliyi ilkin mərhələdə aşkar etməyə və erkən müalicəyə başlamaqla ayrı-seçkiliyə məruz qalmamağa imkan verir. Lakin cəmiyyətdə ayrı-seçkilik və bərabərsizliyin olması virusun yayılmasının qarşısını almağa mane olur. Dünyada hər həftə 15-24 yaş arasında olan 6 minə yaxın gənc qadın virusa yoluxur. 2018-ci ildə 14 yaşınadək 160 min uşaq da QİÇS virusunun daşıyıcısına çevrilib.
Hər gün bu amansız xəstəlikdən 320, hər saat isə 13 uşaq və yeniyetmə ölür.
Ən çox oxunanlar
Son xəbərlər