Türk professordan şad xəbər - Koronavirusa çarə olacaq
Baxılıb: 748 Tarix: 24-02-2020 09:26
ABŞ-da tibb təhsili alan və bu sahədə 34 il araşdırmalar aparan Kipr türkü Prof. Dr. İbrahim Benter, çıxardığı “ACE2/Angiotensin-(1-7)” adlı sistemlə Çində başlayan və qısa müddətdə bütün dünyada təsirli olan yeni tip koronavirusun (Kovid-19) önünə keçə biləcəyini söyləyib.
KKTC Vəqflər İdarəsi Ümumi Müdirliyi vəzifəsini icra edən Prof. Dr. Benter, tibb təhsili aldığı ABŞ və Avropada təxminən 34 il bu sahədə araşdırmalar aparıb.
Benterin ürək və damar problemlərinin müalicəsi ilə bağlı verdiyi təhsil və araşdırmaları bir çox mükafata layiq görülüb.
“Angiotensin-(1-7)” deyə tanınan hormonu tapan Benter, jurnalistlərə verdiyi açıqlamada , Çində ortaya çıxan Kovid-19-un dayandırılması üçün istifadə edilə biləcək müalicə üsulu ilə bağlı rəhbərliyinə məlumat verib.
Benter, yeni tip koronavirusun bütün dünyaya yayıldığını ifadə edərək virusun xüsusiyyətlərinin hələ tam olaraq aydın olmadığını qeyd edib.
Xəstələrin heç bir şey hiss etmədikləri üçün dünyanın dəyişik yerlərinə getdiyinə və virusu buralara daşıdığına işarə edən Benter, vəziyyətin təhlükəli olduğunu və bu an üçün dayandırılmasının qeyri-mümkün olduğunu vurğulayıb.
Kovid-19-a qarşı alınan karantin tədbirlərinin qeyri-kafi qaldığının bildirən Benter, “Lazım olan yanaşma, peyvənd çıxarmaqdır. Bu da çox çətin və zaman alacaq bir işdir. Bu səbəbdən indi edilməsi lazım olan tək iş, bu virus bədənimizə daxil olduqdan sonra onu təsirsiz hala gətirə bilməkdir.” deyə danışır.
Benter, 1990-cı illərin əvvələrindən bu yana üzərində çalışdığı və “ACE2/Angiotensin-(1-7)” adlı bir sistem tapdığını söyləyərək, bunun koronavirusun dayandırılmasında istifadə edilə biləcəyini söyləyib.
İnkişaf etdirdikləri bu sistem sayəsində bir çox xəstəliyə çarə tapıldığını söyləyən Benter, “Bu sistemdəki ACE2 zülalı, virusların işində də təsirli ola bilir. Bir virus bədənimizə daxil olduqda, hüceyrənin içinə girə bilməsi üçün ACE2 zülalına bağlanması lazımdır. Yəni ACE2 zülalı bir qapı rolu oynayır. Virus bu zülala bağlanır, hüceyrənin içinə girir. Biz bu qapını bağlaya bilsək və virus hüceyrənin içinə girə bilməsə zərər verməsinə maneə törədə bilərik.” deyə sözlərinə əlavə edir.
“KORONAVİRUSA QARŞI HƏLLİN TÜRKİYƏDƏ ÇIXMASI MÜMKÜNDÜR”
Benter, bəzi işlərin davam etdiyini və qısa müddətdə bunların daha da dəqiqləşəcəyini qeyd edərək “Məncə, koronavirusa qarşı həllin Türkiyədən çıxması mümkündür.” deyir. O, daha sonra bunları söyləyir:
– ABŞ, Avropa, Asiya və Türkiyədəki mütəxəssislərin təcrübəsindən faydalanmanın lazım olduğunu ifadə edən Benter, “Türkiyə burada liderlik edə bilər, sürətli bir konfrans təşkil edilə və mütəxəssislər çağırıla bilər. Bir strategiya inkişaf etdirilərək sürətlə bir iş başladıla bilər. (Sherg.az)
Ən çox oxunanlar
Son xəbərlər