Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Koronavirusa görə spirtdən istifadənin effekti yoxdur” - Professor

Baxılıb: 768     Tarix: 25-02-2020 13:09   

“Koronavirus epidemiyasından qorunmaq üçün spirtdən istifadə inandırıcı deyil. Yəni, spirtdən istifadənin effekti yoxdur”.
Bunu “Report”a açıqlamasında müstəqil səhiyyə eksperti, professor Adil Qeybulla deyib.
O, bunu spirtin antivurus aktivliyinin yüksək olmaması ilə əlaqələndirib.
Ekspert qeyd edib ki, insanlar əsas əllərinin tez-tez yuyulmasına önəm verməlidir:
“Əllər yuyulan zaman qələvi mühit əldə olan bütün yağları, piy vəzilərinin axarlarını təmizləyir. Ələ yapışmış viruslar yağlarla müəyyən qatdan xaric olur. Bu baxımdan əllərin xüsusilə kontaktdan sonra gün ərzində 10-15 dəfə yuyulması məqsədəuyğundur”.
A.Qeybulla eyni zamanda xəstə insanların qoruyucu maskalarının tez-tez mütəmadi dəyişilməsinin zəruriliyini vurğulayıb. O bildirib ki, sağlam insanlar qoruyucu maskaları heç olmasa iki saatdan bir dəyişməlidir:
“Bir maska uzun müddət istifadə olunarsa, onda tez nəmlənir və keçiricilik yaranır. Ona görə də tibbi maskalardan istifadə olunmalıdır. Belə maskaların üstünlüyü ondan ibarətdir ki, suda islanmır. Bu da vacib şərtdir, çünki infeksiyanın keçmə yolu hava-damcı və hava-toz, kontaktdır. Maskalar bu faktorlardan qorumalıdır. Ona görə də üzərində "tibbi maska" yazılanlardan istifadə edilməlidir. Maska alınarkən üzərində "tibbi maska" yazılmasına diqqət edilməlidir. Stasionarda istifadə olunan maskalar etibarlı sayılır. Əsas odur ki, maska ağız və burunu örtməlidir. Əminəm ki, apteklərdə satılan maskalar da bu təyinatlıdır”.
O həmçinin qeyd edib ki, əhalinin kütləvi toplandığı yerlər, məktəblər, universitetlər, iş yerlərinin dezenfeksiyası mütləqdir:
“Virusların havada, müxtəlif yerlərdə kütləvi məhv edilməsi üçün tədbirlər lazımdır. Çində aparılan bu qabaqlayıcı tədbirlər bir daha göstərdi ki, məsələyə necə ciddi yanaşırlar. Onlar küçələri belə dezenfeksiya edirlər”.
Qeyd edək ki, Çində koronavirusdan ölənlərin sayı 2 595 nəfərə çatıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda bu günədək koronavirusa yoluxma halı qeydə alınmayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar