Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Koronavirus dəhşəti daha bir Avropa ölkəsinə sıçradı - Qarşısını almaq mümkünsüzdür

Baxılıb: 783     Tarix: 27-02-2020 09:38   

Çində yeni tip koronavirusdan ölənlərin sayı 2 min 746-ya çatıb.
Publika.az xəbər verir ki, son 24 saatda 29 nəfər dünyasını dəyişib, 433 şəxsdə isə yoluxma halı aşkarlanıb.Çin Milli Səhiyyə Komissiyasından verilən yazılı açıqlamaya görə, ötəngünkü ölümlərin 26-ı epidemiyanın mərkəz bazası olan Hubey əyalətində qeydə alınıb.
Ölkə miqyasında 78 min 497 nəfər epidemiyadan əziyyət çəkir. Xəstəxanalarda müalicə alan 32 min 495 nəfər sağalaraq evə buraxılsa da, onların bəziləri yenidən virusa yoluxur. 2 min 358 nəfərdə koronavirusa yoluxma şübhəsi mövcuddur. 71 min 572 nəfər isə müşahidədə saxlanılır.
Qeyd edək ki, 82 min insana yoluxan koronavirus dünyanın 40-dan çox ölkəsinə yayılıb. Son olaraq Danimarkada ilk yoluxma faktı aşkarlanıb. Həmin şəxs İtaliyanın şimalında xizək tətilindən geri qayıdan vətəndaş olub. İtaliyada isə 500-ə yaxın insana keçən virus 10-dan çox vətəndaşın ölümünə səbəb olub.шаблоны для dle 11.2