Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ABŞ koronavirusa qarşı bu preparatdan istifadə edəcək

Baxılıb: 794     Tarix: 02-05-2020 08:52   

ABŞ-ın tibbi tənzimləyiçisi FDA “Gilead” şirkətinin koronavirusa qarşı remdesivir preparatından istifadəni bəyənib. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib.

"Bu, koronavirusla xəstəxanaya yerləşdirilmiş pasiyentlər üçün müalicənin əhəmiyyətli vasitəsidir", - Tramp deyib.

“Gilead” səhmləri Trampın bəyanatı ilə əlaqədar qalxıb, amma sonra 4,82% azalıb.

Remdesivir antivirus preparatı Ebolaya qarşı mübarizə çərçivəsində hazırlanıb, amma öz effektivliyini sübut etməyib. O, daha sonra SARS və MERS infeksiyalarının müalicəsi zamanı effektli olub.

Preparatı ABŞ-ın “Gilead Sciences” bioəczaçılıq şirkəti istehsal edir. Onun kliniki sınaqları hazırda alimlərin beynəlxalq qrupu tərəfindən ağır xəstələrin müalicəsi üçün keçirilir.

Qeyd edək ki, bu günlərdə “Bloomberg” “Gilead Sciences Inc.” preparatının COVID-19 pasiyentlərinə təsir göstərdikdən sonra müalicə üçün təsdiqini və ya genişləndirilmiş istifadə formasını alacağı barədə məlumat yayıb.  







Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar