Nemət Bəşirov – Zəfəran Hospitalın invaziv -kardioloqu
Baxılıb: 2 099 Tarix: 21-05-2020 06:11
-Əhali arasında yaxşı – peşəkar həkim kimi hörmət sahibi olan Nemət Bəşirov sözün əsl –həqiqi mənasında öz ixtisası üzrə bilik və bacarığını qəlbən tətbiq edərək büxtələşən ustad həkimdir. Ölkəmizdə bütün sahələrlə yanaşı səhiyyə sahəsinin də dinamik inkişafı xalqın sağlamlığına olan diqqət və qayğının yüksək göstəricisidir.
Redaksiyamıza gələn məktublar arasında bir məktub diqqətimi cəlb etdi. Ağdam rayonundan məcburi köçkün düşmüş Samir Məmmədlinin yazdığı həmin məktubda Zəfəran Hospitalının həkim-invaziv kardioloqu Dr. Nemət Bəşirovun yaxşı həkim, xeyirxah insan olmasından söhbət açırdı:
-Mən babası və bütün Xəyalın yaxınları bu cür həkimlər qarşısında baş əyirik. Göydə ALLAH və yerdə Nemət həkim bizim balamıza elə məhz bizə də, yeni bir həyat bəxş etdi. Belə bir həkimin Azərbaycanda olması ilə şəxsən mən və yaxınlarımız fəxr edirik. Qürurla deyə bilərik ki, Azərbaycanda övladlarımızın və demək olar ki hər bir yaş həddində olan insanların sağlamlıqlarının qayğısına qalan belə bir klinika mövcuddur. Bizdə redaksiya heyətimiz adından çox dəyərli həkim, sözün həqiqi mənasında peşəkar, dəyərli insan Dr. Nemət Bəşirov -Ağdamdan olan gənc Xəyalı təmənnasız olaraq yüksək səviyyədə əməliyyat etdiyi, onu hər an baş verə biləcək ölümün əlindən aldığı üçün çox təşəkkür edirik.
-Nemət Bəşirov Neçə - neçə insanlara xoşbəxtlik bəxş edən gözəl insan, savadlı həkimim. Həyatda yaşamağımın başlıca səbəbkarı məhz siz oldunuz. Yanınıza ilk dəfə gələndə çox ümidsiz idim. Çox tez bir vaxt ərzində bu xoşbəxtliyi məhz siz yaşatdınız mənə. Allah sizi də həmişə sevindirsin mənim həkimim Nemət həkim. Mən də bütün gənclər kimi sağlam yaşamaq istəyirəm. Lakin ürəyimdə olan problemlər məni narahat edirdi. Mən də tez-tez tənginəfəslik və ürək nahiyəsində ağrılar təkrar olunurdu.
-Qapı döymədiyim xəstəxana və həkim qalmadı, heç bir həkim dərdimə əlac tapa bilmədi. Artıq əlimi həyatdan üzsəm də, ümidimi Allaha bağlamışdım. Təsadüfən bizə dedilər ki, Zəfəran Hospitalında Nemət Bəşirov adlı ixtisaslı həkim- invaziv kardioloq var, o bir mütəxəssis kimi öz ixtisasını mükəmməl bilir, hətta bir çox ölkələrdən həkimin yanına xəstələr gəlir. Çox təcrübəli həkimdir. Nemət həkim məni müayinə etdi məni ANGİOQRAFİYA ƏMƏLİYYATI etdi. İndi özümü şox yaxşı hiss edirəm.Mən neçə illər əziyyət çəkdiyim xəstəlikdən qurtuldum və sağlamlığıma qovuşdum.
-Hörmətlə; Tərlan Əliyev
-Sözün əsl mənasında Hippokrat andına sadiq həkim Nemət Bəşirova bütün ziyalı təbəqə, Media nümayəndələri və xalqımız adından dərin minnətdarlığımı bildirərək, həyatda ailəsi - əzizləri ilə bərabər səadət dolu ömür yolu, fəaliyyətində daima uğurlar diləyirik Uca Tanrıdan.
Ən çox oxunanlar
Son xəbərlər