Qanunvehedef.az xəbər portalına bəzən təşrif buyuran, bəzən də daxil olan məktublar içərisində Sevda Müslümovaya edilən minnətdarlıqların sayı – hesabı yoxdu
Baxılıb: 984 Tarix: 21-05-2020 06:37
-Yaxşı həkim işini görən peşəkar olmaqla yanaşı həm də insana böyük sevgi daşıyan bir qəlbə sahib olmalıdır. Məhz elə bunun nəticəsidir ki, Qanunvehedef.az xəbər portalına bəzən təşrif buyuran, bəzən də daxil olan məktublar içərisində Sevda Müslümovaya edilən minnətdarlıqların sayı – hesabı yoxdu. Biz jurnalistlərin ümdə borcudur ki, redaksiyamıza daxil olan minnətdarlıqları oxucu kütləsinə çatdıraq.
-Mənim özü kimi qəlbi də gözəl həkimim, sizə nə qədər təşəkkür etsək azdı. 9 ay əziyyətimizi çəkdiniz, sizin sayənizdə mən hamiləliyimi başa vurdum sona qədər bizə dəstək oldunuz,sırf sizin üçün hər ay Sumqayıtdan gəlib müayinə olub qayıtdıq, çünki sadəcə sizə etibar etdik, güvəndik sadəcə sizin savadınıza, insanlığınıza, səmimi söhbətlərinizə. Bizə dünyaları bəxş etdiniz, sizə nə qədər təşəkkür etsək azdı. Biz sizi çox sevirik.
-Hörmətli redaksiya!
-Sevda Müslümovaya ailəmizin dərin minnətdarlığını bildirməyinizi xahiş edirəm. Müalicə və əməliyyat olunduğum müddətdə qayğıma qalan, tez sağalmağım üçün bilik və bacarıqlarını əsirgəməyən xilaskarlarıma deyirəm: Şəfalı əlləriniz var olsun.
-Mən hər zaman sağlam olmaq üçün əlimdən gələni əsirgəməmişəm. Müxtəlif həkimlərə müraciət etsəm də, nəticə ala bilməmişəm. Elə bu fikirlərlə artıq qonşu ölkələrdən birinə getməyə hazırlaşırdım. Lakin son ünvanımızda "Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II Mamalıq ginekologiya şöbəsinin mama-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Dr. Sevda Müslümovayla qarşılaşdıq. Öz işinin mütəxəssisi olan, işini çox sevən bu həkim sanki mənim ağ xalatlı xilaskarım oldu. Sevda həkimin biliyi və təcrübəsi məni ölümün pəncəsindən qurtardı.
-Təmənnasız, qayğıkeş, xəstəsini bir an belə nəzarətsiz qoymayan, Hippokrat andına həmişə sadiq qalan mama-ginekoloq Sevda Müslümovaya ailəmizin dərin minnətdarlığını bildirməyinizi xahiş edirəm.
-Arzumuz budur ki, təki Azərbaycandakı bütün xəstəxanalarda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında olan diqqət, mehribançılıq, hər işçinin öz işinə peşəkarcasına yanaşması kimi olsun. Onda həqiqətən də xəstələrimiz rufah hallarının ağır olduğu bu vəziyyətdə borc-xərclə müalicə olunmaq üçün daha xarici ölkələrə getməz və onlar öz müalicələrini də məhz ölkəmizdə davam etdirər, tam sağalarlar.

Ən çox oxunanlar
Son xəbərlər