Sona Əsgərova 46 ilə yaxın davam edən çoxillik və səmərəli həkimlik fəaliyyəti dövründə öz gərgin əməyi, zəngin bilik və təcrübəsi ilə minlərlə əlacsız xəstəyə şəfa vermiş, yüzlərlə xəstəni yenidən həyata qaytarmışdır.
Baxılıb: 2 479 Tarix: 02-06-2020 00:32
Səhiyyə həqiqətən qiymətli bir sahədir. Hər bir sahədə olduğu kimi səhiyyədə də qazanılan nailiyyətlər müstəqil dövlətimizin daha güclü olmasına təkan verir. Cərrah-ginekoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Sona Əsgərova ömrünün ən maraqlı və mənalı həyat səhifələrini səhiyyənin tərəqqisinə həsr edibdir.
46 ilə yaxın davam edən çoxillik və səmərəli həkimlik fəaliyyəti dövründə öz gərgin əməyi, zəngin bilik və təcrübəsi ilə minlərlə əlacsız xəstəyə şəfa vermiş, yüzlərlə xəstəni yenidən həyata qaytarmışdır.
Yaşının bu çağında tükənməz enerji ilə işləyən Sona xanım demək olar ki, sutkanın neçə-neçə saatını cərrahiyyə əməliyyatlarında olur. Əməliyyatı isə sıradan olmur, xəstənin daxili orqanlarına o qədər ehtiyyatla, həssaslıqla və bir zərgər dəqiqliyi ilə yanaşır ki, Sona xanım. Xəstə orqanları kəsib atmağa
yox, mümkün qədər qoruyub saxlamağa çalışır, qadına dünyanın ən böyük sevincini yaşadıb onu ana edən mühüm orqanını kəsib çıxarmağa deyil, saxlamağa, bacardıqca müalicə etməyə daha çox üstünlük verir. Bir sözlə,o, misilsiz həkim, əlləri qızıla bərabər peşəkar cərrahdır.
Dr. Əsgərovaya ünvanlanan təşəkkür məktublarının bir neçəsini oxucu kütləsinin diqqətinə çatdırırıq:
Mənim özü kimi qəlbi də gözəl həkimim, sizə nə qədər təşəkkür etsək azdı. 9 ay əziyyətimizi çəkdiniz, sizin sayənizdə mən hamiləliyimi başa vurdum sona qədər bizə dəstək oldunuz,sırf sizin üçün hər ay Gəncədən gəlib müayinə olub qayıtdıq, çünki sadəcə sizə etibar etdik, güvəndik sadəcə sizin savadınıza, insanlığınıza, səmimi söhbətlərinizə. Bizə dünyaları bəxş etdiniz, sizə nə qədər təşəkkür etsək azdı. Biz sizi çox sevirik.
Hörmətlə: Aidə Qasımova
Bu yaxınlarda isə ST-Med Tibb Mərkəzinin cərrah-ginekoloqu Sona Əsgərova mənim nəvəm Samirə Əlizadəni çox çətin cərrahiyyə əməliyyatı elədi. Biz hamımız çox gərgin idik ki, cərrahiyyə necə keçəcək. Amma bizim gözlədiyimizin əksi oldu. Belə ki, Sona həkim nəvəmi çox yüksək səviyyədə, peşəkarcasına cərrahiyyə etdi və bizim nigarançılığımıza son qoydu.
Biz, Tibb Mərkəzində olanda hamı onun haqqında xoş sözlər deyirdi. Hamı da vurğulayırdı ki, Sona həkimin əli yüngüldür. Biz də bunun şahidi olduq. Ona görə də belə qərara gəldim ki, belə gözəl həkim və xeyirxah insanla oxucuları da yaxından tanış edim və bizim ailənin Sona həkimə də təşəkkürünü bildirim.
Mən öz ailəmiz və bütün xəstələrin valideyinləri adından Sona həkim başda olmaqla ST-Med Klinikasında çalışan həkimlərə təşəkkürlərimizi bildiririk və deyirik: “Bir həkim bir aləm deməkdir. Qoy Ulu Tanrı həmişə sizə yar olsun. Siz Hippokrat andına sadiq olduğunuza görə həmişə seviləcək və həmişə də hörmətlə qarşlanacaqsınız. Bu xeyirxahlığınıza, insanlara dərin sevginizə görə də Böyük Yaradan həmişə sizi qoruyacaq”.
Biz də Qanunvehedef.az portalı adından ömrünü insanları xəstəliklərin əlindən alıb sağaltmaq, onları yenidən həyata qaytarıb yaşatmaq kimi xeyirxah bir işə həsr edən Sona Əsgərovaya ömrünün müdriklik çağının zirvəsində qalmağı, insanlara sevinc və yaşamaq eşqi bağışlamaq kimi xeyirxah işini bundan sonra da eyni əzmkarlıqla davam etdirmək üçün daha uzun ömür arzulayırıq.
Həkimlə əlaqə: 050 366 39 78
Ən çox oxunanlar
Son xəbərlər