Dr. Nailə Ağayeva – Referans Mərdəkan Filialının, Leyla Medical Centerin peşəkar həkim radioloqu
Baxılıb: 2 133 Tarix: 03-06-2020 09:02
- Bu yazımda ömrünü Azərbaycan səhiyyəsinin inkişafına sərf edən, dərin zəkalı, çox xeyirxah, həyatını öz xəstələrinin yolunda, onların sağalması üçün bir çıraq kimi yandıran insan, bir təbib haqqında danışmaq istəyirəm. O insan ki, keçməkeşli ömrü çoxlu kitabların maraqlı mövzuları ola bilər.
Sağlamlığınızı tam əminliklə etibar edə biləcəyiniz Referans Mərdəkan Filialının USM mütəxəssisi Dr. Nailə Ağayeva eyni zamanda Leyla Medical Center-də təyin etdiyi dəqiq diaqnozları ilə onlarla xəstəni ölümün pəncəsindən xilas edə bilmişdi.
- Ünsiyyətdə olub, daxili aləminə nüfuz etdikcə isə, bəzən elə bir zənginliklərlə qarşılaşırsan ki.... Sadə, səmimi, mehriban. Geniş ürəyə, dərin elmi zəkaya malik alim, xeyirxah insan, şəfalı əllərə Nailə Ağayeva. Onunla danışdıqca, baxışlarından süzülən şəffaf işıq seli, zəhmət dolu tale yollarına nur saçır.
- Dr. Nailə Ağayevanı tanıdığım ilk zamanlardan barəsində yalnız xoş sözlər eşitmişdim. Klinikaya getdiyimdə isə eşitdiklərimin və hələ bir qədər də artıq xeyirxahlığının şahidi oldum. Klinikada yaradılmış bütün şəraitdən səmərəli istifadə edərək xəstələrin rahatlığı üçün əlindən gələn hər bir yaxşılığı edir.
Leyla Medical Centerdə xəstəliyi vaxtında aşkarlanan Aysunun valideyini olaraq bildirirəm ki, qızım klinikaya daxil olan andan digər tibb müəssisələrindən seçilərək, fərqli abu-hava bizi qarşıladı. Burdakı qarşılaşdığımız nizam intizam, səliqə səhman və stirilizasiya sistemi bir anlıq hətda müayinədə olduğumuzu unutdurur. Mən anası və bütün Aysunun yaxınları bu cür həkimlər qarşısında baş əyirik.
Göydə ALLAH və yerdə Nailə xanım olmaqla mənim qızıma dəqiq diaqnoz qoymaqla bizə də, yeni bir həyat bəxş etdi. Qürurla deyə bilərik ki, Azərbaycanda övladlarımızın və demək olar ki hər bir yaş həddində olan insanların sağlamlıqlarının qayğısına qalan belə bir peşəkar həmilərimiz var.
Ən çox oxunanlar
Son xəbərlər