Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Dr.Şövkət Əliyeva ömrünün ən maraqlı və mənalı həyat səhifələrini səhiyyənin tərəqqisinə həsr edibdir

Baxılıb: 2 091     Tarix: 05-06-2020 07:29   
  
 -Pasiyentlərin səhhətinin keşiyində dayananDr. Şövkət Əliyeva məhz öz üzərinə vəzifə olaraq götürdüyü nəcib peşənin öhdəsindən tam məsuliyyətlə gələrək ictimaiyyətin hörmət və ehtiramını qazanmışdır. Təbiidir ki, hər bir etimadı qazanana qədər adamın yolu müəyyən bir çətinlikdən, müəyyən bir əziyyətlərdən keçir. Əsas odur ki, həmin əziyyətlərə qatlaşaraq digərlərinin fiziki və mənəvi sağlamlığına təmənnasız xidmət edən Şövkət həkimi biz də tanımağımıza çox şad olduq. Nə yaxşı ki, Şövkət həkimin timsalında adını qürurla söyləyə biləcəyimiz əsil Azərbaycan həkimləri vardır.
Böyük nüfuza malik, qabaqcıl həkim olaraq tanınan Azər Türk Med Hospitalının həkim cərrah ginekoloqu Dr.Şövkət Əliyeva haqqında redaksiyamıza təşəkkürlər dolu məktublar daxil olur və pasientlər zəng vurub öz minnətdarlıqlarını işıqlandırmağımızı xahiş edirlər:
Biz də, qürur duyuruq ki, Azərbaycan həkimi ilə həqiqətən də öyünməyə dəyər.
 
Hörmətli redaksiya!
Ömrüm boyu özümü həmişə sağlam hiss etmişəm. Lakin son dönəmlərdə ginekoloji problemlərdən yaranan narahatlıq üzündən həkimə müraciət edəsi oldum. Qəbulunda olarkən, edilən səmimi – açıq söhbətlər mənim daxilimdə yaşayacağıma ümidimi artırdı. Həkimin mənimlə diqqətlə və səbirlə davranmağı onun insanlığını və xəstələrə olan qayğısından xəbər verirdi. Onu da deyim ki, hər bir
həkim pasientə qarşı belə təmkinli olmur. Şövkət həkimin təyin etdiyi dəqiq diaqnoz əsasında aldığım müalicə həyatda sağlam yaşamağıma səbəb oldu. Bu gün hal – hazırda ailəmin əhatəsindəyəm. Onların sevinc göz yaşları həkimin sayəsində oldu. O həkimin qızıl əlləri, heç vaxt dərd görməsin. Allah uğurlarını, nailiyyətlərini davamlı etsin. Onun kimi həkimlərə səhiyyəmizin ehtiyacı çoxdur.
Neçə - neçə qadınlara xoşbəxtlik, ana olmaq sevincini bəxş edən gözəl insan, savadlı həkimim. Həyatda xoşbəxt yaşamağımın başlıca səbəbkarı məhz siz oldunuz. Yanınıza ilk dəfə gələndə çox ümidsiz idim. Sizə nə qədər təşəkkür etsək azdı. 9 ay əziyyətimizi çəkdiniz, sizin sayənizdə mən hamiləliyimi başa vurdum sona qədər bizə dəstək oldunuz,sırf sizin üçün hər ay Gəncədən gəlib müayinə olub qayıtdıq, çünki sadəcə sizə etibar etdik, güvəndik sadəcə sizin savadınıza, insanlığınıza, səmimi söhbətlərinizə. Bizə dünyaları bəxş etdiniz, sizə nə qədər təşəkkür etsək azdı. Biz sizi çox sevirik.
Çox tez bir vaxt ərzində bu xoşbəxtliyi məhz siz yaşatdınız mənə. Allah sizi də həmişə sevindirsin mənim həkimim Şövkət həkim.
Sonda xalqımızın sağlamlığı keşiyində əzmlə dayanan dəyərli həkimlərimizə dərin minnətdarlığımı bildirirəm.

İnstaqram. dr.shovketeliyeva 
Tel: (055) 350-80-70шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar