Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Alimlər koronanın yeni növünü aşkarladı - Video

Baxılıb: 1 299     Tarix: 16-06-2020 11:47   

Panamanın Sağlamlıq İnstitutunun alimləri bildiriblər ki, SARS-Cov-2 koronavirusunun ştamlarının beş ölkədəki mutasiyası nəticəsində COVID-19 xəstəliyinə səbəb olan, A2 PAN adlı yeni tipik yarımnöv virus yaranıb.
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, bu barədə Qorqas adına Sağlamlığın Öyrənilməsi İnstitutunun direktoru Xuan Paskal deyib.
"Virusun modifikasiyaları ölkə üçün yeni, tipik A2 PAN yarımnövünü yaratdı", - o nəşrə bildirib.
Qeyd edilir ki, Panamanın coğrafi mövqeyi və onun regional nəqliyyat funksiyası virusun dünyanın müxtəlif regionlarına yayılmasına imkan yaradıb.
SARS virusunun 150 nümunəsinin araşdırılması Qorqas adına İnstitutun alimlərinə onların yaranma ölkələrini müəyyən etməyə icazə verib. Yerli mutasiyanın ölkədə yaranmasına qədər virus ABŞ-da, İtaliyada, İspaniyada, Fransada və Asiyada dörd yarımnöv kimi mövcud olub.
Qeyd edək ki, dünyada koronavirusa yoluxma hallarının sayı 8,1 milyonu ötüb. Təhlükəli infeksiyadan ölənlərin sayı 439 085 nəfərə çatıb. Hazırda 3 460 993 nəfər aktiv koronavirus xəstəsidir. Pandemiya ərzində təhlükəli virusdan ümumilikdə 4 213 601 nəfər sağalıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar