Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Xəstəxana müalicə üçündür, nəzarət üçün deyil - Zeynalov

Baxılıb: 719     Tarix: 20-07-2020 18:20   

Xəstəxana müalicə üçündür, nəzarət üçün deyil.
Qanunvehedef.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Koronavirusun təbiəti hələ də öyərnilməkdədir. İlk vaxtlar onun fəsadları ilə bağlı fərqli məlumatlar var idi. Xəstələrin sayı az olan vaxtda, hamısı xəstəxanaya götürülürdü. Əvvəl müalicə, müayinə prosesi aparılıb, nəticəsi neqativ çıxdıqdan sonra evə buraxılırdı. Lakin hazırda hər kəsi xəstəxanaya aparmaq tibbi personala əlavə yükdür. Təsəvvür edin ki, xəstəliyi yüngül keçirən, simptomu olmayana qulluq olunur, paralel olaraq ağır xəstələr də orada yer alır. Bu xəstəxananın çarpayı fondu üçün də təhlükə yaradır. Hazırda xeyli sayda testi təsdiqlənməyən insanlar var. Onların evdə müalicəsi daha düzgündür. Biz çalışırıq ki, tibb personalının diqqəti xəstəliyi ağır keçirənlərə yönəlsin".
O qeyd edib ki, evdə müalicə alan şəxslər özünü təcrid etməlidir: "Biz hər insana xüsusi nəzarət edə bilmərik"
Prezidentin köməkçisi Şahmar Mövsümov əlavə edib ki, təəssüf ki, bu gün hər kəsi xəstəxanaya yerləşdirmək mümkün deyil: "Bütün ölkələr bundan imtina etdi, əvəzində evdə özünü təcrid yoluna üz tutdu. Bu ən doğru yoldur"шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar