Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Gövhər həkim xəstələrə qarşı çox diqqətlidir

Baxılıb: 1 688     Tarix: 21-07-2020 00:08   

Gövhər həkim xəstələrə qarşı çox diqqətlidir. Apardığı müalicə böyük effektə malikdir. Bundan əlavə, bildiyiniz kimi, həkimin müalicəsi ilə yanaşı, onun xəstəyə fərdi yanaşması, xəstə ilə təmasını düzgün qurması da, müalicənin səmərəli olmasında böyük rol oynayır. Bu baxımdan, Gövhər həkim gənc olmasına baxmayaraq, olduqca yüksək təcrübəyə malikdir.

Dr. Gövhər Əliyevanın həm peşəkar həkim, həm də qayğıkeş və səmimi insan kimi müsbət keyfiyyətlərindən çox danışmaq olar. Onun yüksək insani keyfiyyətləri həm də müalicənin səmərəliliyini və keyfiyyətini artırır, eyni zamanda xəstələrin bir həkim kimi ona olan inamları artır. Belə həkimlərin qədrini bilmək biz xəstələrin borcudur. Vəliyevlər ailəsi olaraq Real Hospitalının kollektivinə səmimi qəlbdən təşəkkür edirik, can sağlığı işlərinizdə uğurlar arzulayırıq. Qeyd edək ki, övladımızın gözü olduqca zəif görürdü. Biz uşağı Real Hospitalına gətirdik. Gövhər həkimin etdiyi Eksimer lazer əməliyyatı cəmi 45 saniyəyə oğlumun tam görməsini təmin etdi.
Biz xüsusilə Real Hospitalın həkim - oftalmoloqu Dr.Gövhər Əliyevaya və bütün tibbi personala bizə oğlumuzu sağ-salamat verdikləri üçün təşəkkür edirik. Biz də xəstənin təşəkkürlərinə və xoş sözlərinə qoşuluruq, Gövhər həkimə şəxsi həyatında, ailədə və həkimlik fəaliyyətində böyük uğurlar arzu edirik.

Hörmətlə: Rza müəllim


 Gözümdə yaranan problemlərlə bağlı Real Hospitala müraciət etməyim heç də təsadüfi deyildi, çünki bilirdim ki, burada savadlı, peşəkar həkimlər çoxdur.
Gənc olmasına baxmayaraq, öz işinin mütəxəssisi olan, işini çox sevən bu həkim sanki bizim ağ xalatlı xilaskarımız oldu.
Tibbi personalın səyi nəticəsində mənim üzərimdə aparılan əməliyyat çox uğurla keçdi. İndi özümü çox gümrah hiss edirəm.
Sağlamlığımın bərpasında əməyi olan tibb
işçilərini isə yaddan çıxarmıram. Hospitalın bütün kollektivinə başda o cümlədən Gövhər həkimə minnətdarlığımı bildirirəm. Əməliyyat olunduğum müddətdə qayğıma qalan, tez sağalmağım üçün bilik və bacarıqlarını əsirgəməyən xilaskarıma deyirəm. Şəfalı əlləriniz var olsun.


Hörmətlə: Sabir Məmmədov

Gövhər həkimin şəfalı əllərinin bəhrəsini bizdə gördük. Ona görədə Gövhər həkim başda olmaqla bütün tibbi personala öz təşəkkürümü bildirərək,onlara uzun ömür,möhkəm can sağlığı və işlərində yeni-yeni uğurlar arzu edirəm!!!..... Bu sətirlər Dr. Əliyevanın müalicəsindən şəfa tapan Bakı sakini Faiq Rzayevin “Qanunvehedef.az” saytına yazdığı minnətdarlıq məktubundandır. “Düzü, mən görəcəyimə ümidimi itirmişdim. Məni həmin həkimin yanına apardılar. Gövhər həkim bizi çox səmimi və mehribancasına qarşıladı. Məni müayinədən keçirdikdən sonra dedi ki, səndə qorxulu bir şey yoxdur, əməliyyat edəcəyik, xəstəlikdən qurtulacaqsan. Artıq müalicə öz bəhrəsini verir”. Mən həyata yenidən ümidimi bağladım .

Hörmətlə: Faiq Rzayev

Biz də xalqımız adından Səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərlə əhalinin sağlamlığı keşiyində fədakarlıqla dayanaraq,əzmlə çalışan böyük ehtiram sahibi Real Hospitalın həkim – oftalmoloq cərrahı Gövhər Əliyevaya Təşəkkürümüzü bildirərək; -Həyatınız səadət, fəaliyyətiniz uğurlarla rövnəqlənsin deyirik.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar