Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bu rayon üzrə 47 tibb işçisi koronavirusa yoluxub

Baxılıb: 912     Tarix: 26-07-2020 13:07   

Goranboy rayonunda 47 tibb işçisi COVİD 19 virusuna yoluxub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə BAKU.WS-in bölgə müxbirinə Goranboy rayon Mərkəzi Xəstəxanasının direktoru İftixar Zeynalov bildirib.
Onun sözlərinə görə, hazırda virusa yoluxan tibb işçilərindən 24 nəfəri müalicə olunaraq sağalıb. 17 nəfər xəstəxanada, 6 nəfər isə evdə müalicə alır.
"Onu deyim ki, son karantin rejimindən sonra dinamika müsbət istiqamətə doğru kəskin dəyişib. Nəzarət etdiyimiz regionlar üzrə yoluxma faizi yarı-yarıya azalıb. İlk günlərdə 20-25 yoluxma faktı qeydə alınırdısa, indi bu rəqəmlər yoxdur. Gün ərzində 2-3 yoluxma olur. Bəzən heç bir yoluxma faktı da qeydə alınmır.
Ümumilikdə isə nəzarət etdiyimiz region üzrə 79 nəfər xəstəxanada müalicə alır. Bunların 9-u reanimasiya şöbəsindədir. Gün ərzində azı 8-10 nəfər müalicə olunaraq evə buraxılır. Yoluxma sayındakı azalmanı dövlət tərəfindən ölkəmizə gətirilən ən müasir tibbi avadanlıqlar, dərman pereparatlarında görürəm.
Paralel olaraq tətbiq olunan karantin rejimi də vəziyyətin yaxşılaşmasına çox böyük təsir edib. Bu gün insanlarımız da maariflənib. Hər kəs əvvəlki günlərdən fərqli olaraq xəstəliklə mübarizəyə daha ciddi yanaşır", - deyə İ.Zeynalov qeyd edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar