Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanlı həkimlər pandemiyaya qarşı təkliflərini AÇIQLADILAR

Baxılıb: 799     Tarix: 30-07-2020 11:16   

Azərbaycanlı həkim- professor heyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yeni növ koronavirus pandemiyasına qarşı Operativ Qərargaha Azərbaycan Respublikasında COVİD-19 pandemiyasi ilə mübarizəyə aid təkliflərini açıqlayıb.
Qanunvehedef,az həmin təklifi təqdim edir:
"Azərbaycanda artıq yarım ilə yaxın müddətdə COVİD-19 pandemiyası ilə dövlət səviyyəsində ciddi mübarizə getsə də proses hələ davam edir və onun sonu haqqında mülahizələr irəli sürmək çətindir. 2020-ci ilin fevral-aprel aylarında - mübarizənin başlanğıcında bir çox müsbət və effektli addımlar atılsa da sərhədlərin vaxtında bağlanmaması, karantin tədbirlərinə anında start verilməməsi, sərt karantin qaydaları zamanı yol verilən yanlışlıqlar, karantin rejiminin yumşaldılmasından əvvəl lazımi təlimatların hazırlanmaması və onlara uyğun tədbirlərin yerinə yetirilməməsi, əhalinin sanitar-tibbi maarifləndirilməsi işlərinin keyfiyyətsizliyi, insanların tibbi-psixi reabilitasiyası və ruhi sağlamlığın mühafizəsi istiqamətində fəaliyyətin başlamaması, istər karantin dövründə, istərsə də karantin rejimi yumşaldıldıqdan sonra əks-epidemik davranışların (sosial məsafə gözlənilməsi, maska taxılması, dezinfeksiya tədbirləri) pozulması 2020-ci ilin may-iyul aylarında kütləvi yoluxmaların sayının kəskin artması ilə nəticələndi.
Səhiyyə sektorunda TƏBİB və Səhiyyə Nazirliyinin parallel fəaliyyətindən əmələ gələn ikihakimiyyətlilik, bu qurumlar arasında iş birliyi, sağlam rəqabət və koordinasiyanın olmaması vəziyyəti daha da kəskinləşdirdi. Xüsusilə özəl laboratoriyalarda diaqnostik testlərin yüksək qiymətlərlə aparılması, infeksiya ocaqlarında əhalinin böyük hissəsinin diaqnostik müayinələrə cəlb edilə bilməməsi, informasiya və tibbi-sanitar maarifləndirmə siyasətinin doğru qurulmaması, respublikanın aparıcı alim və mütəxəssislərinin pandemiya ilə mübarizəyə yetərincə cəlb edilməməsi, onların fikirlərinin, təkliflərinin və iradlarının nəzərə alınmaması, hətta rəsmi televiziya kanallarında çıxışlarının qarşısının alınması, pandemiya ilə bağlı məsələlərin daha çox məmur maraqları üzərindən qurulması problemlərin dərinləşməsinə və insanlarda inamsızlığın yaranmasına səbəb oldu.
Pandemiya ilə mübarizənin ilk dövründə Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin və digər elm ocaqlarının alim və mütəxəssis resurslarının, mövcud infrastrukturların uzun müddət ərzində proseslərdən təcrid olunması, dünya təcrübəsinin gəlişmiş nümunələrinin tətbiq olunmaması və təsdiqlənmiş bəzi faktların nəzərə alınmaması, karantin tədbirləri zamanı əhalinin işsiz və yoxsul hissəsinin sosial müdafiəsinin yarıtmaz təşkili bugünkü ağır epidemioloji vəziyyətin əsasında dayanan yanlışlıqlar sırasındadır. Nəticədə ölkənin iqtisadiyyatına ağır zərbə vuran ikinci karantin dövrü yenidən uzadılmış və hazırda davam etməkdədir. Qeyd edilənləri nəzərə alaraq yaxın on günlükdə karantin tədbirlərinin yumşaldılması və sonrakı dövr üçün fəaliyyət proqramına əlavələr edilməsini təklif edirik:
1.Bütün COVİD-19 testləri və müayinələrin, o cümlədən, özəl laboratoriyalarda aparılan testlərin dövlət hesabına aparılmasını və tibbi maskaların pulsuz paylanılmasını vacib hesab edirik.
2.Aptek şəbəkələrinin COVİD-19 xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş dərman preparatları ilə təchizatı, süni qiymət artımına ciddi nəzarət təmin edilməsini məsləhət görürük.
3.Əhalinin karantin (əks-epidemik) davranışlarına ciddi riayət etməsi üçün təsirli maarifləndirici və inzibati tədbirlərin (o cümlədən ictimai qınağın vacibliyinin təbliği) gücləndirilməsini müvafiq hesab edirik.
4.Bu ilin avqustun 5-dən sonra karantin rejiminin xeyli yumşaldılmasını ("evdə qal!" rejiminin ləğvi, çimərliklərin açılması və rayonlara test-neqativ insanların səfərlərinə icazə verilməsi) və yuxarıda sadalanan mexanizmlər üzrə ciddi rejimli əks-epidemik davranışların tətbiqinin daha da sərtləşdirilməsini məqsədəuyğun hesab edirik.
5.Karantin yumşaldıqdan sonra bütün qapalı məkanlarda, ictimai nəqliyyat vasitələrində, ictimai iaşə, istehsal müəssisələrində, inzibati və özəl binalarda, idman obyektlərində və b. insanların əks-epidemik davranış qaydalarını ehtiva edən təlimatların hazırlanmasını və onların insanlara əlçatanlığının təmin olunmasını tövsiyə edirik. Qapalı sahələrin, obyekt və müəssisələrin ölçülərinə, sahəsinə uyğun insanların maksimal sayı, əks-epidemik (karantin) davranışları (giriş və çıxışda bədən temperaturunun ölçülməsi, üzbənd (maska), zərurət olduqda birdəfəlik baxil geyilməsi, sosial məsafə gözlənilməsi, əllərin dezinfeksiyasının təmini və s.) prinsiplərinin işlənilməsini və bu istiqamətdə müvafiq təlimatlar hazırlanması üçün birgə əməkdaşlığı məqsədəuyğun hesab edirik.
6.COVİD-19 xəstələrinin müalicəsı yalnız patogenetik istiqamətdə, ÜST təlimatlarına müvafiq aparılmalıdır. ÜST-nın təlimatlarında və müalicə protokollarında qeyd edilməyən antiviral dərman preparatlarının (arbidol, ergoferon, favipiravir, avifavir və s.), antibiotiklərin əsaslandırılmadan istifadəsinin məqsədəuyğun olmaması haqqında tibb mütəxəssislərinin və əhalinin məlumatlandırması istiqamətində müvafiq işlər aparılmasını zəruri hesab edirik.
7.Mediada əhalinin COVİD-19 ilə qorxudulma yanaşmasını məqsədəuyğun hesab etmirik. Xəstələrin 80%-nın xəstəliyi simptomsuz, yüngül və orta ağrlıqda keçirdiyini nəzərə alaraq, insanlara qorunmağın vacibliyi anladılmalı, lakin qorxudulma istiqamətində təbliğat dayandırılmalıdır. Ölənlərdən çox sağalananlar haqqında təbliğat daha məqsədəuyğundur. Əhalinin tibbi-psixi reabilitasiyası istiqamətində kompleks tədbirlərin (psixo-emosional sarsıntıların, depressiyaların, panik vəziyyətlərin aradan qaldırılması və önlənməsi) aparılması üçün müvafiq addımlar (kütləvi təbliğat, psixoloqların, cəmiyyətə nüfuz imkanı olan ictimai fiqurların, mütəxəssislərin və tibb alimlərinin prosesə cəlb olunması) atılmasını məqsədə müvafiq hesab edirik.
8.Xüsusi rejimli koronavirus xəstəxanalarının COVİD-19 xəstələrinin müalicəsinə yararlığının yenidən müəyyənləşdirilməsi, havalandırma sistemi məqbul olmayan xəstəxanaların, xüsusilə tədris müəssisələrinin (Tibb Universitetinin terapevtik və cərrahi klinikaları, Bakı Sağlamlıq Mərkəzi) asan dezinfeksiya oluna və havalandırıla bilən sadə tikintilərdə yerləşdirilməsi mümkün olan mobil, səyyar xəstəxanalarla əvəz edilməsini vacib hesab edirik.
9.Poliklinikalarda yaradılmış xüsusi qərargahlar vasitəsilə COVİD-19 xəstələrinin monitorinqi, ambulator müalicəsinin təşkili və icrası istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini, həmin qərargahlara rəhbərliyin xüsusi rejimli koronavirus xəstəxanalarında işləmiş həkimlərə həvalə edilməsini zəruri hesab edirik.
10.Həkimlərin, tibb işçilərinin və evdə müalicə olunan xəstələrin distansion diaqnostik-müalicəvi konsultasiyası üçün NK, TƏBİB və ya Səhiyyə Nazirliyi yanında on-line mərkəzin açılmasını və həmin mərkəzdə infeksion xəstəliklər üzrə mütəxəssislərin 24/7 rejimində işləməsinin vacibliyini məqsədə müvafiq hesab edirik.
11.Tibbi hospitalizasiya yalnız COVİD-19-a yoluxanlarda təsdiq olunmuş fəsadlaşma (ağırlaşma) əlamətləri meydana gəldikdə aparılmalıdır. Fəsadlar (ağırlaşmalar) olmadıqda, diaqnostik testlərin nəticələrin müsbət olması, yüksək hərarət və digər hallar xəstənin ev şəraitində izolyasiya edilməklə poliklinika (sahə, ailə) həkiminin nəzarəti altında ambulator müalicəsi ilə kifayətlənməlidir.
12.Azərbaycan Respublikası Prezidentinin COVİD-19 ilə mübarizədə iştirak edən tibb işçilərinin vəzifə (taarif) maaşlarının 3-5 mislinədək müddətli Prezident əlavəsi verilməsi haqqında sərəncamının (18 mart 2020-ci il) və onun əsasında Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli qərarının icra vəziyyətinin yoxlanılmasını təklif edirik. Bir çox hallarda Sərəncamın və müvafiq Qərarın icrası doğru yerinə yetirilmir, müddətli Prezident əlavəsinin ödənilməsində ciddi ləngimələr, əlavənin tam həcmdən dəfələrlə aşağı həcmdə ödənilməsi barədə çoxsaylı şikayətlər və məlumatlar mövcuddur. Bu şəraitdə, aylarla COVİD-19 xəstələri ilə üzbəüz qalan, onların müalicəsi naminə gecə-gündüz ağır zəhmət çəkən həkimlərə, tibb və texniki yardim işçilərinə onların haqq etdiklərini vermədən xaricdən gətirilən mütəxəssislərə dəfələrlə artıq maaşların ödənilməsini yolverilməz hesab edirik. Bu qərarların tibb ictimayyəti və yerli alimlərlə məsləhət aparılmadan məmurlar tərəfindən qəbul edilməsi Azərbaycan həkimlərinin, tibb işçilərinin aşağılanması və onların zəhmətinin doğru dəyərləndirilməməsi kimi qiymətləndirildiyindən qarşısı təcili alınmalıdır.
13.COVİD-19 xəstələrinin müalicəsində iştirak etmiş və edən, peşə vəzifələrini yetirərkən yeni növ koronaviris infeksiyasına yoluxaraq müalicə olunmuş, müalicəsi davam edən və COVİD-19 xəstəliyindən vəfat etmiş həkimlərin, tibb və texniki yardım işçilərinin sosial müdafiəsinin təşkili, hüquqi statusunun (sərti olaraq, Azərbaycan Respublikasının Fədakar tibb işçisi (həkimi), Azərbaycan Respublikasının Qəhrəman tibb işçisi (həkimi) (ölümündən sonra)) müəyyən edilməsi ilə bağlı hökumətin xüsusi proqramının hazırlanmasını və MM-də qəbul edilməsi istiqamətində işlərə başlanılmasını mühüm məsələlərdən biri hesab edirik.
14.SARS-COV-2 infeksiyasının profilaktikasında və COVİD-19 xəstələrinin müalicəsində istirak edən epidemioloqların, həkimlərin, tibb və texniki işcilərin, tibb və biologiya alimlərinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, səhiyyə və sanitar-epidemioloji müəssisələrin, elmi-tədqiqat institutlarının və onların bu infeksiya ilə mübarizədə fəal iştirak edən rəhbər heyətinin, əməkdaşlarının, həmçinin müvafiq səhiyyə və tibb müəssisələrinin dövlət səviyyəsində mukafatlandırılması istiqamətində zəruri addımlar atılmasını məqsədəuyğun hesab edirik.
15.15 sentyabr tarixinədək ictimai yerlərin (ticarət obyektləri, restoranlar, şadlıq və mərasim evləri, təhsil müəssisələri, otellər və istirahət mərkəzləri və s.) fəaliyyəti hazırda bağlı olduğu kimi qapalı qalmalıdır. Banklar, apteklər, marketlər hazırda olduğu qaydalarla əks-epidemik davranışlara ciddi əməl olunmaqla fəaliyyətlərini davam etdirməli, parklar, çimərliklər və idman obyektləri istifadəyə açıq olmalıdır. Əhalinin ölkə daxilində gediş-gəlişinə maneələr aradan qaldırılmalıdır.
16.Yuxarıda qeyd etdiyimiz təkliflərin yerinə yetirilməsi sərt karantin tədbirlərinin, karantin rejiminin, xüsusilə "Evdə qal!" kompaniyasının dayandırılmasına əsaslar yarada bilər. Dünya ölkələri ilə müqayisədə Azərbaycan Respublikasında COVİD-19-a yoluxanlar arasında son 5 ay ərzində ölüm faizinin davamlı surətdə xeyli az olduğunu (1,2-1,3%) nəzərə alaraq karantin rejimi qaydalarının xeyli yumşaldılması şəraitində əks-epidemik davranışların ciddi tətbiqini təklif edirik.
17.COVİD-19 pandemiyası ilə mübarizədə dünya ölkələrinin qabaqcıl təcrübəsinin öyrənilməsi və ölkəmizdə istifadəsini məqbul hesab edirik.
18.Xüsusi rejimli koronavirus xəstəxanalarında COVİD-19 xəstələrinin müalicəsi üçün ölkəmizə dəvət edilmiş həkimlərin yerli həkimlərlə birgə fəaliyyətinin yerli alimlərin və mütəxəssislərin ciddi nəzarəti altında keçirilməsini vacib hesab edirik.
19.COVİD-19-dan ölən xəstələrin patoloji-anatomik müayinəsinin geniş tətbiqi və bu sahadə geniş elmi-tədqiqatların aparılmasını vacib hesab edirik.
20.Həkimlərin, tibb işcilərinin və texniki yardım işcilərinin COVİD-19 ilə yoluxma hadisələrinin səbəblərinin (oteldaxili və xəstəxanadaxili yoluxma, təhlükəsiz texnikası qaydalarına riayət edilməməsi, fərdi bioloji qoruyucu vasitələrlə təminatsızlıq və b.) araşdırılması və aradan qaldırılması istiqamətində əməli fəaliyyət göstərilməsi, SARS-COV-2 infeksiyasına yoluxmuş tibb işçilərinin müalicəsi və xəstəxana şəraitləri ən yüksək səviyyədə təmin edilsin. İnfeksiyaya yoluxmuş həkimlərin, tibb və texniki yardım işçilərin müalicəsi üçün ayrıca xəstəxananın ayrılmasını tövsiyə edirik.
Qeyd edək ki, təklifllərin hazırlanmasında azərbaycanlı professorlar Adil Qeybulla, Vüqar Məmmədov, Mübariz Əliyev, İlham Əhmədov, Şahbaz Şahbazov, dosent Ədalət Rüstəm, dosent Tanrıverdi Rzayev,tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl, Fəxrəddin Məmmədov, Mahmud İsmayılov, radiologiya uzmanı Aydın Əliyev, ictimai-siyasi fəal Qorxmaz İbrahimli iştirak edir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar