Dr. Nicat İbrahimov tərəfindən stomatoloji xəstəliklərinə dəqiq diaqnoz qoyularaq müasir konservativ və cərrahi müalicə taktikası seçilir və həyata keçirilir
Baxılıb: 2 073 Tarix: 11-08-2020 18:08
İmplant Dent Klinikası stomatoloji tibbi xidmətlərin göstərilməsi üçün müasir tibbin tələblərinə cavab verən avadanlıqlarla təchiz olunmuşdur. Bu avadanlıqlar vasitəsi ilə ağrısız müalicə, Vinirlərin hazırlanması, itirilmiş dişlərin implantlarla bərpası və s. stomatoloji xidmətlər göstərilir.
Redaksiyamıza daxi olan məktubların birində Nicat həkim haqqında yazılmış xoş sözlər diqqətimi çəkdi. Məktubda onun xəstələrə göstərdiyi qayğıdan, mədəni davranışından, insanpərvərliyi və peşəkarlığından söhbət açılırdı.
Hörmətli redaksiya!
Mən neçə aylar idi ki, diş ağrılarından çox əziyyət çəkirdim. Tez bir zamanda gülüşümdə olan bütün komplekslərdən azad oldum. Nicat həkimin düzəltdiyi zirkon dişlər öz dişlərimdən fərqlənmir. Həkimin sadəliyi, qayğıkeşliyi bütün insanlara olan xoş münasibəti bizi çox sevindirir. O, insanların sosial durumundan asılı olmayaraq hamıya eyni münasibət bəsləyir və hamıya eyni qayğıkeşliyi göstərir. İnsanlardan öz xeyirxahlığını əsirgəmir.Ömrüm boyu ona minnətdaram.
Hörmətlə; Rasim müəllim
İmplant Dent Klinikasının həkim-stomatoloqu vəzifəsində uğurla çalışan Dr. Nicat İbrahimovun qəbuluna üz tutanların hər biri onun çox peşəkar, savadlı,diqqətli və məsuliyyətli həkim olduğundan ürəklə söz açır.
Hörmətli həkim!
Mən uzun müddət idi ki, dişimdə olan ağrılardan gecələr yata bilmirdim. Çox həkimlərə müraciət etmişdim, ancaq istədiyim nəticə alınmırdı. İmplant Dent Klinikasının həkim stomatoloqu Dr. Nicat İbrahimova müraciət etdim. Həkim mənə – itirilmiş dişlərin yerini bərpa etmək üçün yerə bərpa ediləcək dişin kökünü əvəz edən süni diş kökü- yəni İmplant dişlər haqqında məlumat verdi.
Özəlliyini də onunla izah etdi ki, implantasiya əməliyyatı zamanı digər konstruksiyalarda olan digər dişlərin zədələnməsi kimi çətinliklər yaranmır və yalnız diş əksikliyi olan nahiyədə əməliyyat keçirilərək diş əkilir. Digər özəlliklərindən biri də budur ki, implantlar stomatalogiyanın digər sahələrində də istifadə olunur. Məsələn, mini-implantlar, çıxan protezlərin ağız boşluğunda yaratdığı problemləri aradan qaldırmaq və ya birdəfəlik protezi ləğv etmək kimi prosedurlarda implant əməliyyatından istifadə edilir. Həkimin müalicəsindən sonra mən gecələr rahat yatmağa başladım. Mənim üçün böyük şərəf olardı ki, mənim təşəkkürümü Nicat həkimə bildirəsiniz.
Sözün əsl mənasında hippokrat andına sadiq həkim Nicat İbrahimova bütün ziyalı təbəqə, Media nümayəndələri və xalqımız adından dərin minnətdarlığımı bildirərək, həyatda ailəsi - əzizləri ilə bərabər səadət dolu ömür yolu, fəaliyyətində daima uğurlar diləyirik Uca Tanrıdan.
Aynurə Məmmədli
Ən çox oxunanlar
Son xəbərlər