İlqar Məmmədov Şəki Səhiyyəsinin peşəkar həkim-oftalmoloqu
Baxılıb: 7 770 Tarix: 31-08-2020 22:57
Oftalmologiya tibbin bir sahəsi olub, gözün anatomik quruluşunu, onun fiziologiyasını, xəstəliklərini, xəstəliklərin müalisə və profilaktikasını öyrənən elmdir. İbn Sinanın qədim tibbi əlyazmalarından göz xəstəliklərinin ayrıca bir tibb sahəsi olduğundan, gözlərdə əmələ gələn xəstəliklərdən və gözlər üçün lazım olan eynəklər barədə əlyazmalara rast gəlinir.İlk dəfə isə Avropa ölkələrində göz əməliyyatları keçirilmiş və bundan sonra müasir oftalmologiyanın bünövrəsi qoyulmuşdur. Göz xəstliklərinin müalicəsi ilə oftalmoloqlar məşğul olur. Oftalmologiya tibbi ən çətin sahələrindən hesab edilir.
Peşəkar, öz ixtisasını dərindən bilən və elmi-bilikləri ilə xalqın sağlamlığı keşiyində dəyanətlə dayanan həkimi sorağında ikən ən təcrübəli həkimlərdən biri olan həkim-oftalmoloq İlqar Məmmədov haqqında eşidir və ondan imdad diləyirlər.
Dr.Məmmədov Şəki Mərkəzi rayon Xəstəxanasınıda həkim-oftalmoloq vəzifəsində uğurla çalışır. Həkim-oftalmoloq adını ləyaqətlə daşıyan Dr.Məmmədov peşəkar həkim və yüksək mənəvi dəyərlərə malik əsl insandır. Həkim yalnız peşəsinə olan vurğunluğu, əzmkarlığı ilə deyil, özünü daim büruzə verən yüksək insani keyfiyyətləri ilə də pasientlərin daha çox rəğbət və hörmətini, sevgisini qazanır. Xəstələrinə olan diqqət və qayğısı, düzgün diaqnoz qoymaq bacarığı, uğurla başa vurduğu cərrahi əməliyyatlar, səmərəli müalicə metodları, həm də gözütoxluğu, təmənnasızlığı onu xəstələrə çox sevdirir, mahir bir cərrah kimi ona olan inam və ehtiramı daha da artırır. Onun rəhbərliyi, təşəbbüsü və zəhməti ilə yüzlərlə insan bu bəladan xilas edilmişdir.
İlqar həkimlə onun rəhbərlik etdiyi Klinikada görüşdük. İlqar həkimə müraciət etdiyim üçün bu dəfə də onunla dərhal söhbətə başladıq. İlqar həkim işindən həvəslə danışır. Deyir ki, həkim gərək savadlı, məsuliyyətli, eyni zamanda humanist olsun. Axı insanlar onun köməyinə həmişə ehtiyac duyurlar. İnsan sağlamlığı isə ən dəyərli sərvətimizdir. Yaxşı həkim təkcə pasiyentin müalicəsi ilə məşğul olmayıb, cəmiyyətdə hörmət, insanlar arasında nüfuz da qazanmalıdır. Həkim özünün davranışı, həyat tərzi və gözəl əhval-ruhiyyəsi ilə təkcə xəstəlikdən əziyyət çəkənlərdə deyil, bütün insanlarda gələcəyə nikbinlik yaratmalıdır. Belə olduqda, sanki hamı hər
yerdə gözəllik, sağlamlıq və xoşbəxtliklə qarşılaşacaq. Bu isə bütün insanlar kimi, həkimlərin də ən gözəl arzusudur. Çünki insanların müalicəsindən daha çox, xəstəliklərin profilaktikası dövlətimiz tərəfindən bütün səhiyyə işçiləri qarşısında ali məqsəd kimi qoyulub.
Gözümdə yaranan problemlərlə bağlı Şəki Mərkəzi rayon Xəstəxanasına gəlməyimiz heç də təsadüfi deyildi, çünki bilirdim ki, burada savadlı, peşəkar həkimlər çoxdur. Öz işinin mütəxəssisi olan, işini çox sevən Dr. Məmmədov sanki bizim ağ xalatlı xilaskarımız oldu.
İlqar həkimin səyi nəticəsində mənim üzərimdə aparılan katarakta əməliyyatı çox uğurla keçdi.İndi özümü çox gümrah hiss edirəm.
Sağlamlığımın bərpasında əməyi olan tibb işçilərini isə yaddan çıxarmıram. Xəstəxananın bütün kollektivinə başda o cümlədən İlqar həkimə minnətdarlığımı bildirirəm. Əməliyyat olunduğum müddətdə qayğıma qalan, tez sağalmağım üçün bilik və bacarıqlarını əsirgəməyən xilaskarıma deyirəm.
Hörmətlə Zərnişan Məmmədova
Biz də xalqımız adından Səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərlə əhalinin sağlamlığı keşiyində fədakarlıqla dayanaraq, əzmlə çalışan böyük ehtiram sahibi Şəki Mərkəzi rayon Xəstəxanasının həkim-oftalmoloq cərrahı İlqar Məmmədova təşəkkürümüzü bildirərək, Həyatınız səadət, fəaliyyətiniz uğurlarla rövnəqlənsin deyirik.
Yazını hazırladı Aynurə Məmmədli
Ən çox oxunanlar
Son xəbərlər