Koronavirusla yeni mübarizə üsulu - Təklif
Baxılıb: 1 045 Tarix: 03-12-2020 11:20

Qanunvehedef.az xəbər verir ki, bunu COVİD-19 xəstəliyi ilə effektli mübarizə aparmaq barədə təkliflər səsləndirən radioloq həkim Aydın Əliyev qeyd edib. O bildirib ki, xəstələrə fasiləsiz məsləhətlərin verilməsini təmin etmək lazımdır:
"Bütün tibb müəssisələrində COVİD-19 xəstəliyinin müalicəsində təcrübəsi olan həkimlərin 7/24 görüntülü konsultasiyalarını növbəli şəkildə təmin etmək vacibdir. Bu həkimlərin zəhməti də qiymətləndirilməlidir. Bu halda fiziki təmaslar azaldığına görə xəstəliyin yayılmasının da qarşısı qismən alınmış olar.
Hansı xəstələrin evdə müalicə alması və hansı xəstələrin hospitalizasiya edilməsi üçün onların şikayətlərinə, kliniki-laborator və instrumental göstəricilərinə əsasən kriterilər təyin edilməlidir. Bu zaman ağır xəstələri xəstəxanalarda yerləşdirmək mümkün olar.
Apteklər dərman vasitələri ilə təchiz edilməlidir və süni qiymət artımının qarşısı alınmalıdır.
Test analizi müsbət çıxan insanlara deyilir ki, evdən çıxmayın, bunu başa düşdük. Bəs bu insan tək yaşayırsa, dərman almalıdırsa və müayinələrdən keçməlidirsə, bu məsələlər necə həll edilməlidir? Bu boşluqlar da təcili olaraq aradan qaldırılmalıdır".
Ən çox oxunanlar
Son xəbərlər