Koronaya təkrar yoluxmaların səbəbi
Baxılıb: 687 Tarix: 07-12-2020 14:01
Son vaxtlar ölkəmizdə də koronavirusa təkrar yoluxan şəxslərin olduğu bildirilir. Maraqlıdır, insan orqanizmində COVİD-19-a təkrar yoluxma halı nə qədər sonra baş verə bilər?
Məsələ ilə bağlı danışan həkim Qalib Əsədov bildirib ki, koronavirusu ağır keçirənlər yüngül keçirənlərlə müqayisədə bu virusa daha gec yoluxa bilər:
“Koronavirusa yoluxduqdan bir müddət sonra antitellər məhv olduğu üçün virusa yoluxmuş şəxslər yenidən yoluxa bilər.
İlk dəfə yoluxan zaman insanlar xəstəliyi nə qədər ağır keçirsə, immunitet bir o qədər güclü olar. Yüngül keçirən insanların 2-3 aydan sonra yenidən yoluxması halı baş verdiyi halda, xəstəliyi ağır keçirənlərdə təxminən 6-7 ay immunitet güclü olur. Həmçinin təkrar yoluxma zamanı xəstəliyin yüngül keçirildiyi bildirilsə də, bəzi şəxslərdə bu özünü doğrultmur”.
İnfeksionist Vüqar Cavadzadə isə bildirib ki, insanlar koronavirusun ayrı-ayrı serotiplərinə yoluxduğu üçün təkrar yoluxma halları baş verir:
“Bu gün bütün dünyada təkrar yoluxma halına rast gəlinir. Təkrar yoluxmalar qısamüddətli immunitetin yarandığını göstərir. Ola bilər ki, insan koronavirusun ayrı-ayrı serotiplərinə yoluxur. Belə ki, bir serotiplə yoluxub immunitet yarananda, o immunitet digər serotip üçün effektiv olmur. Bəlkə də koronavirusda tiposfesfik immunitet yaranır. Ona görə insan digər serotiplə yoluxur.
İtaliyada bir qadın koronavirus infeksiyası yayılandan sonra artıq 3-cü dəfədir yoluxur.
Bu, immunitetin hardasa 3 ay davam etdiyini göstərir”.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər