Xəbər lenti
22/06/2026 [13:37]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yaralı hərbiçilər COVID-19-a qarşı müayinədən keçirilibmi?

Baxılıb: 807     Tarix: 18-12-2020 12:36   

Hərbi hospitalda müalicə alan yaralı və qazilərdən gündəlik olaraq COVID-19 virus infeksiyasının aşkarlanması məqsədi ilə kütləvi yaxmaların götürülməsi, cəbhədə şəhid olmuş hərbçilərin ünvanlara çatdırılması, dəfn mərasimlərində mütəmadi olaraq növbətçiliklərin icrası da təcili yardım briqadaları tərəfindən həyata keçirilib.
Qanunvehedef.az xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva deyib.
O qeyd edib ki, təcili yardım işçiləri eyni zamanda, arxa cəbhədə də COVID-19 virus infeksiyası ilə mübarizə aparıblar: "Belə ki, virus infeksiyasına yoluxmuş xəstələrə ilkin tibbi yardımın göstərilməsi, ehtiyac olduğu halda hospitalizasiyası, infeksiyaya yoluxmuşlarla təmasda olan şəxslərdən yaxmaların götürülməsi, müəssisə və təşkilatlardan laborator müayinə materiallarının götürülərək, mərkəzləşmiş laboratoriyaya çatdırılması da təcili yardım briqadaları tərəfindən icra edilib".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar