Koronavirus daha da təhlükəli hal alacaq? - İnfeksionistdən AÇIQLAMA
Baxılıb: 744 Tarix: 22-12-2020 11:51
"Koronavirusun nəzarətdən çıxdığını deyə bilmərəm. Sadəcə, yoluxmadakı kritik artım gözlənilən hal idi".
Qanunvehedef.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında infeksionist-hepatoloq Vüsalə Yaşar deyib.
İnfeksionist bildirib ki, koronavirusun yeni növü hələ tam dəqiq araşdırırlmayıb:
"Tam vaksinasiya həyata keçirilənə qədər və əhalinin bəlli qrupları vaksinasiya olunana qədər bu risk hələ də davam edəcək. Yəni, COVİD-ə yoluxanların artması həndəsi silsilə ilə hələ davam edəcək.
Dəqiq araşdırılmayıb
Daha da yoluxucu olduğu deyilən mutasiyaya uğramış yeni koronavirusun aşkar edilib, sürətlə yayılması ilə bağlı edilən açıqlamalar hələ uzun müddət bu xəstəliklə mübarizə aparmalı olacağımız anlamına, bu vəziyyətin daha təhlükəli hal alacağı mənasına gəlmir. Çünki məsələ burasındadır ki, bu mövzu tam dəqiq araşdırırlmamış məsələdir. Buna görə nəsə demək doğru olmaz".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına (ÜST) görə, sentyabr ayında Britaniyada virusun yeni, daha yoluxucu növü aşkar edilib. İngiltərənin baş naziri Boris Conson isə "xeyli qeyri-müəyyənlik" olmasına baxmayaraq, yeni mutasiyanın köhnədən 70 faiz daha yoluxucu olduğunu bildirib.
Ən çox oxunanlar
Son xəbərlər