Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

TƏBİB AstraZeneca vaksininin 60 yaşdan yuxarı şəxslərə vurulmasına AYDINLIQ GƏTİRDİ

Baxılıb: 707     Tarix: 18-06-2021 14:47   

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVAX platformasının dəstəyi ilə istehsal olunan AstraZeneca vaksininin sırf 60 yaş üzəri şəxslərə vurulmasına aydınlıq gətirib.
TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bunu həmin vaksinin məhdud sayda olması ilə əlaqələndirib.
Onun sözlərinə görə, vaksin ölkəyə məhdud sayda gətirildiyindən onun ilk mərhələdə yaşlı və xroniki xəstəliklərdən əziyyət çəkənlərə vurulması nəzərdə tutulub: "Bu, vaksinasiya ilə bağlı mövcud standartda da qeyd olunub".
N.Mustafayeva həmçinin bildirib ki, vaksinasiyadan 6 ay sonra növbəti dəfə peyvəndlənmək üçün hələlik heç bir qərar yoxdur: "Bui məsələ klinik araşdırmalardan sonra məlum olacaq"./Report

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar