Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ramin Bayramlıdan vaksinlə bağlı vətəndaşları narahat edən suallara CAVAB

Baxılıb: 969     Tarix: 01-07-2021 12:55   

Əhali arasında yayılan, vaksindən sonra mümkün ola biləcək baş, əzələ ağrıları, qızdırma və s. kimi əlamətlər əks təsir deyil, əksinə, gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı "Twitter" hesabında paylaşım edib.
Onun sözlərinə görə, vaksin istehsal edən şirkət tərəfindən peyvəndin yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir.
"Peyvəndin təsirinin ikinci dozanın vurulmasından təxminən 2 həftə sonra başlamasını nəzərə alaraq maska taxmağa, əl gigiyenasına və fiziki məsafəyə riayət etməyə mütləq əməl etməliyik. Çünki həmin müddətdə yuxarı tənəffüs yollarında virusu daşıya bilərik. Vaksin olunan şəxs üçün bu hal heç bir təhlükə yaratmasa da, ətrafımızda risk qrupuna aid insanlar üçün təhlükə mənbəyi ola bilərik".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar