Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Peyvənd əlac deyil, koronaya qarşı başqa silah tapılmalıdır

Baxılıb: 536     Tarix: 14-09-2021 09:02   

Alimlər koronavirusa qalib gəlmək üçün əvvəlki pandemiyaların -tif, sarı qızdırma və su çiçəyinin təcrübələrindən yararlanmaq ideyasını irəli sürüb.
Qanunvehedef.az Medicina.az-a istinadən xəbər verir ki, pandemiyanın 1 ili barədə toplanan materiallar göstərib ki, COVİD-19-un İspanka virusu kimi öz-özünə gücünü itirib zəifləyib aradan qalxacağına ümid etmək olmaz. Koronavirusa qarşı effektiv dərman kəşfi isə yaxın gələcəkdə görünmür.
COVİD-19 virusunun digər viruslardan daha ağıllı, güclü və insana qalib gəlməsinin bir səbəbi Yer üzündə aerozol üsulu ilə də yayılmasındadır. Bir qrup alim hesab edir ki, koronavirusla mübarizə üçün ayrı silahdan istifadə olunmalıdır. İnsanlığın əsrlər boyu mübarizə apardığı bir çox xəstəliklər heç də dərman və vaksinlərlə aradan qalxmayıb.
Məsələn, vəba və tif xəstəliyinə qalib gəlmək üçün Londonda dərmanlar yox, 318 milyon ədəd kərpic və 10 milyon kubmetr daş beton lazım olmuşdu. Britaniya paytaxtının bütün kanalizasiya sisteminin yenidən qurulması üçün 1866-cı ildə bu qədər tikinti materialı istifadə edilmişdi. Məhz bundan sonra bu şəhərdə tif, xolera alovlanması baş verməmişdi.
Malyariya və sarı qızdırmanın tropik regionlarda yayılmasının qarşısını almaq üçün şəhərlərin kənarlarında olan nəhəng gölməçələr, ağcaqanadla dolu bataqlıqlar qurudulub və torlarla örtülmüşdü. Bu proseslərdən sonra malyariyanın qarşısı alınmışdı.
Koronavirusla mübarizə üçün də dərman və peyvənddən diqqətimizi çəkib, binaların havalandırma, ventilyasiya sisteminin təkmilləşməsi, yenidən qurulmasına başlamalıyıq. "The Аtlantic" nəşrində dərc olunan məqalədə deyilir ki, virusun ötürülmə yollarının qarşısı alınmasa, pandemiya səngiməyəcək. Hər virusun yoluxma yolları araşdırılıb, ona uyğun mübarizə aparılmalıdır. COVİD-19 yeni yayılanda alimlər səhv yola girdilər. Onlar virusun qrip kimi xəstə adamla təmasdan təkcə hava-damcı ilə yayıldığını elan etdilər. Amma koronavirus hava ilə - aerozol üsulu ilə də yayılır. 1 il yarım keçəndən sonra bu dəqiqləşdi. Ona görə pandemiyanın əvvəlində ÜST deyirdi ki, maska virusdan qorumur, əlləri, üzü sabun, su ilə yumaq və xəstə adamdan məsafəli davranmaq lazımdır. Amma bir dəfə də olsun xəstə adamla ünsiyyətdə olmayan şəxslərin virusa yoluxduğu və virus hissəciklərinin 6-9 saat havada asılı qalması aşkar olunandan sonra səhv yolda olduğumuzu anladıq. Virus hava ilə yayılır. Ona görə açıq təmiz havada yoluxma riski azdır, qapalı məkanda isə çox. Ona görə də mübarizə metodlarına dəyişiklik edilməlidir.
Koronavirusla mübarizənin yolu keçmişdə olduğu kimi onun yayılma yolunu kəsməkdir. Müasir dövrdə bu ventilyasiya sistemidir. İnsanlar çoxdandır çirkli su içmir, şəhərlərdə bataqlıq yoxdur, əlləri yumaq üçün su və sabun var. Bəs biz niyə yoluxuruq? Səbəb nəfəs aldığımız çirkli havadır.
- Hər dəqiqə biz 8-10 litr hava alıb ağciyərlərimizlə dövr etdiririk. Ofisdə, qapalı yerdə hava aldıqda isə biz başqalarının ağciyərlərindən çıxan hava və qazlarla nəfəs alırıq.
Otaqda bir xəstə adamın burnundan çıxan virusun aerozol yəni millemtrik toz kimi zərrəcikləri (insan telindən 20 dəfə nazik və kiçik) havada asılı qalır, ventilyator, kondinsioner və insanların alıb-verdiyi nəfəslə isə o otağın bir tərəfindən digərinə uçur. Ona görə də istənilən an sosial məsafə anlamı pozulur və otağa girib çıxan hər kəs yoluxa bilir. Yalnız adi maska yox, ciddi respirator daim ağız-burunda olarsa yoluxma riski azalır. Aerozol hissəciklər daha təhlükəlidir, çünki onlar ağciyərlərin ən dərin qatlarına keçir.
Qrip virusu da aerozol yolla yayılır, bu hələ 1977-ci ildə sübut olunub. Lakin koronavirus qrip kimi deyil və o hər gün minlərlə can alır. Pandemiyanın 2-ci ilində biz həqiqəti görüb, koronavirusun yayılma yolları ilə mübarizə aparmalıyıq. Bununla bağlı Merilend universitetində unikal eksperiment aparılır və proqram hazırlanır.
Dövlətlər, hökumətlər bu vaxta kimi içməli su, sanitariya, qida təhlükəsizliyinə milyonlarla vəsait ayırıb. Amma indi virusların əlində əsir olmamaq üçün binaların tikintisi, havalandırılması və ventilyasiya sisteminə diqqət yetirməlidirlər. Qaydalar dəyişməlidir. Otaqların, qapalı məkanların 5 dəqiqədən bir havasının yenilənib, təzə hava axını ilə təmin olunması metodları işlənməlidir. Binaların, evlərin layihələndirilməsində virusların yayılmasına qarşı tədbirlər görülməlidir.
Kondinsioner, ventilyator, ümumi sistem havalandırılması işə yaramır. Onlar otaqda olan aerozol virusları bir tərəfdən digərinə yayıb insanları yoluxduracaq. Ventilyasiya sistemləri yarım saat ərzində 4-6 dəfə bütün məkanın havasını dəyişməlidir. Bunun üçünsə filtlər quraşdırılmalıdır. Amma bu metod çox bahalıdır. Əgər xəstəxana, məktəblər, dövlət idarələrində bu sistem dəyişdirilsə, milyardrlarla dollar vəsait lazimdır. Ona görə ÜST və hökumətlər üçün vaksin daha asan və ucuz yol kimi görünür. Lakin görünən odur ki, vaksinlə koronaya qalib gəlmək mümkün olmayacaq.
Daha etibarlı yolla getməliyik ki, gələcəkdə də viruslar dünyanı iflic etməsin. Yaxşı olar ki, milyardlar da olsa, havalandırma sistemlərində dəyişiklik olunsun. Əks təqdirdə, pandemiyanın vuracağı zərər bu xərclərdən daha çox olacaq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar