Zeytun yağının istifadəsində bunlara diqqət edin
Baxılıb: 325 Tarix: 21-09-2021 13:56
Zeytun yağı qocalma əleyhinə istifadə olunan funksional qidadır. Alimlər zeytun yağını dezoksiribonuklein turşusunun (DNT) dostu adlandırırlar. Bu yağın faydalarından bəhrələnmək üçün ən əsas şərtlərdən biri onu alarkən seçimi düzgün etməkdir.
Qanunvehedef.az xəbər verir ki, hazırda satışda müxtəlif növlərdə zeytun yağları təqdim olunur.
Bəs zeytun yağı alarkən nələrə diqqət yetirilməlidir?
Üzərində “Virgin” yazılmış zeytun yağı fiziki üsulla sıxılan, ən yaxşı və ən təbii, çiy halda istifadə edilən məhsul sayılır. Bu yağ salatların, sousların, yeməklərin üzərinə əlavə etmək üçündür.
Üzərində “Extra virgin” yazılan zeytun yağı “Virgin” kateqoriyasına aid olan ən keyfiyyətli yağdır. Bu yağ maksimum 27 dərəcə temperaturda alınır. Turşuluq dərəcəsi 1 faiz təşkil edir. Bu yağ da çiy halda istifadə edilmək üçündür.
Üzərində “Refinado” yazılmış zeytun yağı rafinə edilmiş, saflaşdırılmış məhsuldur. Bu yağların sənaye emalı vasitəsi ilə dad keyfiyyətləri yaxşılaşdırılır, ləzzəti artırılır və turşuluq nisbəti aşağı salınır. Rafinə zeytun yağı xörəkləri bişirmək, qızartmaq üçündür.
Əgər zeytun yağını xörək hazırlamaq üçün alırsınızsa, rafinə edilmiş zeytun yağını seçmək məsləhətdir. Onun yanma temperaturu 240-270 dərəcədir. Çiy istifadə üçün isə “Virgin” kateqoriyasından olan yağlara üstünlük verilməlidir.
Zeytun yağının insan orqanizmi üçün 10 faydasını sadalayaq:
Telomerləri qoruyur;
İltihabın qarşısını alır;
Ürək-damar xəstəliklərində profilaktik təsir göstərir;
Ateroskleroz və xərçəngə səbəb olan fermentlərin istehsalına maneə törədir;
Sərbəst radikalları zərərsizləşdirir;
Dost bakteriyaları artırır və zərərli bakteriyaları azaldır;
Sümükləri qoruyur;
Dərini xarici faktorlardan mühafizə edir;
Öd kisəsinin daralmasını (büzülmə) və öd ifrazını xəbərdar edərək öd daşı meydana gəlmə riskini azaldır;
Dalaqda daş əmələ gəlməsinin qarşısını alır.
Qeyd edək ki, zeytun yağı normal sümük inkişafına kömək edir. Çünki bu yağın tərkibində ana südündə də olan E vitamini və oleik turşusu var. Zeytun yağı ana bətnində və doğumdan sonra körpənin sinir sisteminin inkişafına müsbət təsir göstərir. Bu səbəbdən hamilə və süd verən analara xüsusilə faydalıdır.
Ən çox oxunanlar
Son xəbərlər