Xəbər lenti
14/10/2025 [12:48]
Sabah hava necə olacaq?
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Gecə 6 saatdan az yatanların - Diqqətinə!

Baxılıb: 725     Tarix: 29-09-2021 12:04   

Gündə 6 saatdan az yatmaq altsheymer, xərçəng və sonsuzluq kimi xəstəliklərə yol açır.
Qanunvehedef.az Medicina.az-a istinadən xəbər verir ki, bunu türkiyəli həkim Nejat Altıntaş deyib. Onun sözlərinə görə, hər kəs yuxu rejiminə diqqət etməli, 6 saatdan az yatmamalıdır:
“Araşdırmalara görə, 6 saatdan az yatmaq çəki artmasına yol açar. Şəkərli, karbohidratlı qidalara meyliniz yaranar. Həmçinin bu insanlarda altsheymer xəstəliyi riski yüksəkdir. Məsələn, Marqaret Tetçer 4 saatdan az yatırdı. Və ya Ronald Reyqan da həmçinin 4 saatdan az yatan insanlardan idi. Onların hər ikisində altsheymer xəstəliyinə rastlanılıb.
Xüsusilə, hormonal xərçənglər dediyimiz süd vəzi, bağırsaq və prostat xərçəngini artırır. Bununla bağlı tibb işçiləri arasında aparılan çalışma var. Gecə yatmayan, gecə növbəsində işləyən tibb işçilərində xərçəngin daha da artdığı sübut edilib. Bundan başqa 6 saatdan az yatan kişilərdə sonsuzluq riski yüksəkdir”.шаблоны для dle 11.2



Son xəbərlər