Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

“Qriplə koronavirusa eyni anda yoluxmaq mümkündür”

Baxılıb: 893     Tarix: 02-11-2022 16:16   

“Həm koronavirusa, həm də qripə eyni anda yoluxmaq mümkündür”.
Qanunvehedef.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O qeyd edib ki, Azərbaycanda hazırda koronavirusa yeni yoluxma sayı 2 rəqəmlidir. Pandemiyanın başladığı dövrdən indiyə kimi gündəlik aktiv xəstə sayı ən azdır, 300-ün üzərindədir: “Lakin bu dövrdə qrip və digər respirator infeksiyalar yayılır. Bunların hamısı əlamətlərinə görə bir-birinə oxşayır. Hazırda Azərbaycanda qrip müşahidə olunmur, kəskin respirator infeksiyalar yayılıb. İnsan hər ikisinə - həm COVID-ə, həm də qripə eyni vaxtda yoluxa bilər. Bu əsasən immuniteti zəif insanlarda ola bilər. Bu daha ağır xəstəliyə gətirib çıxara bilər. Bu xəstəliklərin hər ikisində əlamətlər oxşardır. Bura baş ağrısı, öskürək və s. daxildir. Klinik əlamətlərinə görə bunları fərqləndirmək çətindir və birmənalı fərqləndirmək mümkün deyil. Təngnəfəslik, iybilmə, dədbilmə və s. hallar koronavirusa daha çox xasdır. Bunun üçün laborator müayinələr tələb olunur”.
T. Eyvazov əlavə edib ki, bu xəstəliklərin olmaması üçün karantin tədbirlərinə əməl etmək tövsiyə olunur.шаблоны для dle 11.2