Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Dərman qiymətləri gün keçdikcə yüksəlir”

Baxılıb: 661     Tarix: 06-12-2022 11:35   

“Son zamanlarda ölkəmizdə bəzi dərman vasitələrinin tapılmaması halları artıb”.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Rəşad Mahmudov bildirib.
Millət vəkilinin sözlərinə görə, bu, həm pasiyentlər, həm də həkimlər üçün çətinliklər yaradır: “Ölkədə xəstələrin müalicəsi üçün lazım olan dərman preparatlarının çatışmazlığı var. Problemin həlli üçün əvvəla səbəbləri dəqiqləşdirmək lazımdır. Görünən 3 səbəb var. Bunlardan ikisi beynəlxalq səbəblər, biri isə ölkədaxili məsələdir. Hər kəs problemin ciddiliyini anlayır, amma problem öz həllini tapmır.
Pandemiyanın dünya iqtisadiyyatı üçün yaratmış olduğu sıxıntılar bu gün də hiss olunur. Dünya iqtisadiyyatında istehsal azalıb, logistika xərcləri çox artıb. Beləliklə, dünyada qiymət artımı baş verib və əlçatanlıq çətinləşib. Digər səbəb isə Ukrayna-Rusiya müharibəsi də bu ölkələrdən dərman idxalına mane olur. Bu gün dərman qiymətləri gün keçdikcə yüksəlməkdədir. Ölkəmizdə dərmanların keyfiyyətini və kəmiyyətini tənzimləyəcək qurumlar Tarif Şurası və Səhiyyə Nazirliyidir. Bu gün dünyada gedən reallığa cavab verən mexanizm ölkəmizdə yoxdur. Ölkədə həyata keçirilən səhiyyə islahatları dərmanlarla bağlı yeni mexanizm yaradılmasını zəruri edir”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar