Şəhla İbrahimova Qarayevlər ailəsi minnətdardır
Baxılıb: 1 682 Tarix: 28-03-2019 12:22
Oxucuları əvvəlcə mövzumuzun qəhrəmanı ilə yaxından tanış edək: Həkim Şəhla İbrahimova 2001- 2007-ci il - Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib.
Bir çox seminar, konfranslarda və s. fəal iştirak edir.
- 1TCOD Uluslararası Sempozyumu, İstanbul Türkiyə, May 2012
- 46. TOD Konfransı, Antalya, Türkiyə, Oktyabr 2012
- TOD 26 Yaz Simpoziyumu, İzmir, Türkiyə, İyun 2013
- Vitreoretinal European Expert Meeting, Ancona, İtaliya, Sentyabr 2013
- TOD Tibbi Retina Birimi Retina Günləri ,7-8 Dekabr 2013, İstanbul Türkiyə
- TOD 36. Kış Simpozyumu, Bursa, Türkiyə, Yanvar 2015
- TOD 38. Bahar Simpozyumu, İstanbul, Türkiyə, May 2015
- 49. Türk Oftalmoloji Dərnəyi (TOD) Konfransı, İstanbul, Türkiyə, Noyabr 2015
- Avropa Refraktiv Cərrahiyyə Cəmiyyətinin (ESCRS) Konfransı, İstanbul Türkiyə, Fevral 2015
- Avropa Retina Cəmiyyətinin (EURETINA) Konfransı, Nice, France, Sentyabr 2015
- Avropa Refraktiv Cərrahiyyə Cəmiyyətinin (ESCRS) Konfransı, Afina Yunanıstan, Fevral 2016
- 50.Türk Oftalmoloji Dərnəyi (TOD) Konfransı, Antalya, Türkiyə, Noyabr 2016
- TOD 40 Bahar Simpozyumu, İstanbul, Türkiyə, May 2017
TCOD - Türk Cumhuriyyəti Oftalmoloji dərnəyinin üzvü.
2015-ci ildən etibarən Dobromed Hospitalda cərrah – oftolmoloq olaraq çalışır.
Hazırda Azərbaycanın bir çox bölgəsindən gələn vətəndaşlarla çalışan Dr. Şəhla İbrahimova indiyədək minlərlə pulsuz əməliyyatlar edərək, insanların rahat görməsinə və işığa qovuşmasına şərait yaratmışdır. Müxtəlif fondlarla mütəmadi əməkdaşlıq edən oftalmoloq onların göndərdiyi yaşlı insanlar və kimsəsizlərə pulsuz tibbi yardım göstərir və əməliyyatlar həyata keçirir. Görmə zəifliyi yüksək olan insanların əməliyyatdan sonra onların sevinc göz yaşlarını görmək heç bir maddiyatla ölçülə bilməz. Bu duyğunun izahı yoxdur”, - deyə, İbrahimova bildirir. Həkim – oftolmoloq Şəhla həkimin nailiyyətlərində onun yüksək mənəvi dəyərlərə malik əsil bir insan olmasının rolu əvəzsizdir. Çünki xəstəyə müalicədən öncə şəfa verən, ona həyatda nikbinlik bəxş edən həkimin ümidverici münasibətidir. Zəngin mənəviyyatlı həkim Şəhla İbrahimovanın məhz bu təqdirəlayiq xüsusiyyəti ona müraciət edən xəstələrə şəfaət bəxş edir.
Qarayevlər ailəsi olaraq Dobromed Hospitalının kollektivinə səmimi qəlbdən təşəkkür edirik, can sağlığı işlərinizdə uğurlar arzulayırıq. Qeyd edək ki, övladımızın gözü olduqca zəif görürdü. Biz uşağı Dobromed Hospitalının Oftolmologiya şöbəsi”nə gətirdik. Şəhla
həkimin etdiyi Eksimer lazer əməliyyatı cəmi 45 saniyəyə oğlumun tam görməsini təmin etdi.
Biz xüsusilə Dobromed Hospitalının həkim - oftolmoloqu Dr. Şəhla İbrahimovaya və bütün tibbi personala bizə oğlumuzu sağ-salamat verdikləri üçün təşəkkür edirik. Biz də xəstənin təşəkkürlərinə və xoş sözlərinə qoşuluruq, Şəhla həkimə şəxsi həyatında, ailədə və həkimlik fəaliyyətində böyük uğurlar arzu edirik.
Gəlişiylə qəlbə ümid gətirən,
Ağrıları pərən salar, itirən,
İstəkləri bir-birinə yetirən,
Şirin arzu karvanıdı həkimlər!
Acı dərman bala dönər əlində,
Adi söz də çiçəkləyər dilində,
Hörməti var Azərbaycan elində,
Hər bir evin doğmasıdı həkimlə
Ən çox oxunanlar
Son xəbərlər