Xəbər lenti
06/05/2024 [12:57]
Sabaha olan hava praqnozu
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Qızıl Əllərə sahib olan Lalə həkimə daha bir təşəkkür məktubu

Baxılıb: 998     Tarix: 04-04-2019 00:43   
Bakıda fəaliyyət göstərən Visus Optikada  çalışan Lalə həkimin peşəkar Səhiyyə işçisi, öz ixtisasının ustadı olması haqqında çox eşitmişdim.

 
Müqəddəs həkim adı daşımaq çox adama nəsib olur, lakin onların arasında seçilən nadir həkimlər olur ki, o həkimləri el – oba yaxşı tanıyaraq, onlardan şəfa almaq üçün ünvana yollanırlar. Yaxşı həkim yalnız xəstələrin deyil, xalqın məhəbbətini qazanaraq ehtiram sahibi olur.
Redaksiyamıza daxil olan məktublar içərisində Lalə Tağıyevaya  edilən minnətdarlıqların sayı – hesabı yoxdur. 
Həkim – oftolmoloq Lalə həkimin nailiyyətlərində onun yüksək mənəvi dəyərlərə malik əsil bir insan olmasının rolu əvəzsizdir. Çünki xəstəyə müalicədən öncə şəfa verən, ona həyatda nikbinlik bəxş edən həkimin ümidverici münasibətidir. Zəngin mənəviyyatlı həkim Lalə Tağıyeva məhz bu təqdirəlayiq xüsusiyyəti ona müraciət edən xəstələrə şəfaət bəxş edir.
Lakin bir müdrik atalar məsəli vardır. “Yüz eşitməkdənsə bir görmək daha önəmlidir. Beləliklə oğlumun gözlərində yaranan nisbi zəifliklə bağlı həmən ünvana yolum düşdü. Digər yerlərdən fərqli olaraq, Lalə həkimə müraciət etmək üçün növbənin mövcudluğu onun əsil peşəkar həkim olmasından xəbər verirdi. Məndə digər xəstələr kimi onun müayinəsindən keçdim. Lalə həkimin dəqiq müayinə edib hazırladıb təqdim etdiyi eynəyin həm keyfiyyətli həm də səmərəli olmasından razı qalaraq ona əhali adından təşəkkür edəcəyimə qərar verdim.


Təşəkkürlər! Ey əsil kamil peşəkar həkim,
Minnətdarlıq eyləyər yanına gəlsə hər kim,
Diqqətlə yoxlayaraq, xəstələrin gözünü,
Qərarınla deyirsən bir həkim tək sözünü.
Verdiyin eynəklərlə zəif gözə nur gəlir,
Var ol Doktor sözləri hər zaman eşidilir.
Biz də Lalə həkimə uğurlar diləyirik,
Əzizlərinlə bərabər xoşbəxt ol söyləyirik.
Çalış, nailiyyətlə həkim zirvələrdə ol,
Zəhmətini halal et yüz yaşa! Həkim sağ ol.

Sizdən xahiş edirəm ki, Lalə Tağıyeva kimi dəyərli həkimlərimizin qədrini bilək, onların layiqli dəyərini verək. İstərdim ki, Lalə həkimin də zəhmətini qiymətləndirəsiniz. Və sonda mənim müalicəmdə çəkdiyi zəhmətə görə Lalə həkimə təşəkkür edirəm. Həyatda və işlərində uğurlar arzulayıram. Onun diqqət və qayğısı sayəsində artıq sağlamlığımı bərpa etmişəm.

Hörmətlə: Sevinc Musayevaшаблоны для dle 11.2