Xəbər lenti
06/05/2024 [12:57]
Sabaha olan hava praqnozu
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Yaqut İsmayılova Respublikamızın tanınmış həkim - dermatoveneroloqu

Baxılıb: 1 085     Tarix: 04-04-2019 00:56   

  Haqqında mətbuatda çox yazılıb və yəqin ki, ölkəmizdə onu tanımayan az adam olar. Buna görə də, uzun-uzadı təqdimata ehtiyac görmürük. Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət Azərbaycanımızın tanınmış həkim dermatoveneroloqu –İstedadlı olduğu qədər də sadə insan olan Yaqut İsmayılovadan gedir.
   Mən də bütün gənclər kimi sağlam yaşamaq istəyirəm. Təəssüf ki, məndə papiloma xəstəliyi var və neçə illərdi ki, bu xəstəlikdən əziyyət çəkirəm. Qapı döymədiyim xəstəxana və həkim qalmadı, heç bir həkim dərdimə əlac tapa bilmədi. Artıq əlimi həyatdan üzsəm də, ümidimi Allaha bağlamışdım. Təsadüfən bizə dedilər ki, 1 saylı Dəri Zöhrəvi Dispanserində Yaqut İsmayılova adlı 34 il iş təcrübəsinə malik  olan Həkim dermatoveneroloq  ixtisaslı həkimi var, o bir mütəxəssis kimi öz ixtisasını mükəmməl bilir, hətta bir çox ölkələrdən həkimin yanına xəstələr gəlir. Çox təcrübəli həkimdir.
  Bu sətirlər Yaqut həkimin müalicəsindən şəfa tapan Bakı sakini Rəna Məmmədovanın  “Qanunvehedef.az” saytına yazdığı minnətdarlıq məktubundandır. “Düzü, mən sağalacağıma ümidimi itirmişdim. Məni həmin həkimin yanına apardılar. Yaqut həkim bizi çox səmimi və mehribancasına qarşıladı. Məni müayinədən keçirdikdən sonra dedi ki, səndə qorxulu bir şey yoxdur, müalicə edəcəyik, xəstəlikdən qurtulacaqsan.. Artıq müalicə öz bəhrəsini verir”.
   Yaqut həkimə daxil olan minnətdarlıqlar içərisində Əlizadələr ailəsinin Sara xanımın razılıq dolu müraciəti xüsusilə diqqəti cəlb edir: Mənim etdiyim dualar Yaqut həkimin yoluna nur saçsın deyir Sara xanım.
Hörmətli redaksiya heyəti sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Yaqut İsmayılovaya mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm.
  Əzizim Yaqut xanım. Neçə - neçə insanlara xoşbəxtlik bəxş edən gözəl insan, savadlı həkimim. Həyatda sağlam olmağımın başlıca səbəbkarı məhz siz oldunuz. Yanınıza ilk dəfə gələndə çox ümidsiz idim. Çox tez bir vaxt ərzində bu xoşbəxtliyi məhz siz yaşatdınız mənə. Allah sizi də həmişə sevindirsin mənim gözəl həkimim Yaqut xanım.

  Hörmətlə: sizin sayənizdə sağlamlığına qovuşan  Esmira xanım 
шаблоны для dle 11.2