Könül Hənifəyeva - Peşəkar həkim və yüksək mənəvi dəyərlərə malik olan əsil insan
Baxılıb: 1 740 Tarix: 04-04-2019 01:29
Həkim-ginekoloq onkoloq adını ləyaqətlə daşıyan Könül Hənifəyeva Peşəkar həkim və yüksək mənəvi dəyərlərə malik olan əsil insandır. Könül Hənifəyeva Bakıda və Respublikada xalq, ictimaiyyət tərəfindən hörmətlə tanınan nadir şəxsiyyətlərin ehtiram bəslədiyi bir həkimdir.
Həkim yalnız peşəsinə olan vurğunluğu, əzmkarlığı ilə deyil, özünü daim büruzə verən yüksək insani keyfiyyətləri ilə də pasientlərin daha çox rəğbət və hörmətini, sevgisini qazanır. Xəstələrinə olan diqqət və qayğısı, düzgün diaqnoz qoymaq bacarığı, səmərəli müalicə metodları, həm də gözütoxluğu, təmənnasızlığı onu xəstələrə çox sevdirir, mahir bir ginekoloq – onkoloq kimi ona olan inam və ehtiramı daha da artırır. Həkimə müraciət edənlərin çox hissəsi alimlər, şair və yazıçılar, xadimlər və dövlət qulluqçularıdır və onlar bu həkimin peşəkarlığından çox razıdırlar. Onun müalicəsi və dəqiq diaqnozu ilə yüzlərlə insan bu bəladan xilas edilmişdir.
Könül Hənifəyeva. Neçə - neçə insanlara xoşbəxtlik bəxş edən gözəl insan, savadlı həkimim. Ana olmağımın başlıca səbəbkarı məhz siz oldunuz. Yanınıza ilk dəfə gələndə çox ümidsiz idim. Çox tez bir vaxt ərzində bu xoşbəxtliyi məhz siz yaşatdınız mənə. Allah sizi də həmişə sevindirsin mənim həkimim Könül həkim.
Hörmətli redaksiya! Mən çox sevinirəm ki, respublikamızda Könül Hənifəyeva kimi təcrübəli, işini sevən, savadlı kadrlarımız hələ də var. Hamıya qayğı ilə yanaşan, nəvaziş göstərən belə həkimlərimiz yetərincədir. Mən ilk gündən Könül həkimə böyük ümidlər bəslədim. Görünür yanılmamışam.
Sizdən xahiş edirəm ki, Könül Hənifəyeva kimi dəyərli həkimlərimizin qədrini bilək, onların layiqli dəyərini verək. İstərdim ki, Könül həkimin də zəhmətini qiymətləndirəsiniz.
Hörmətlə: Sevinc xanım
Təmənnasız, qayğıkeş, xəstəsini bir an belə nəzarətsiz qoymayan, Hippokrat andına həmişə sadiq qalan həkim-ginekoloq onkoloq Könül Hənifəyevaya ailəmizin dərin minnətdarlığını bildirməyinizi xahiş edirəm. Müalicə olunduğum müddətdə qayğıma qalan, tez sağalmağım üçün bilik və bacarıqlarını əsirgəməyən xilaskarlarıma deyirəm: Şəfalı əlləriniz var olsun.
Hörmətlə: Aygün xanım.
Ən çox oxunanlar
Son xəbərlər