Emil Səfərov -Təcrübəli həkim
Baxılıb: 1 153 Tarix: 08-04-2019 09:09
Səhhətimdə yaranan problemlə bağlı Lənkəran Mərkəzi Rayon xəstəxanasına müalicə olunmağa müraciət etdim. Diz oynağımda olan olan ağrılar məni çox narahat edirdi. Həkimim də Travmatoloq-ortoped Emil Səfərov oldu. O, məni hərtərəfli müayinə və müalicə etdi. Hazırda səhhətim yaxşıdır, özümü rahat hiss edirəm, daha da yaxşı olacağıma ümid edirəm. Sizə təşəkkür etməyi özümə borc bildim.
Mən çox sevinirəm ki, respublikamızda Emil Səfərov kimi təcrübəli, işini sevən, savadlı kadrlarımız hələ də var. Hamıya qayğı ilə yanaşan, nəvaziş göstərən belə həkimlərimiz yetərincədir. Mən ilk gündən Emil həkimə böyük ümidlər bəslədim. Görünür yanılmamışam. Hörmətlə: Zakir Hüseynov
Səlimovlar ailəsi olaraq Lənkəran Mərkəzi Rayon xəstəxanasının Travmatoloq-ortopedi Emil Səfərova səmimi qəlbdən təşəkkür edirik, can sağlığı işlərində uğurlar arzulayırıq. Qeyd edək ki, övladım disk-yırtığından əziyyət çəkirdi. Biz oğlumu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətirdik. Emil həkimin təyin etdiyi müalicə və əməliyyat əsasında oğlumun səhhətində irəliləyiş əldə olundu. Emil həkimin biliyi və təcrübəsi sayəsində oğlum sağlam həyata qayıtdı
Hörmətlə: Səlimovlar ailəsi adından
Ramiz Əliyev bildirdi ki, imkansızlıqdan yaxşı müalicə ala bilmir. Bir ananın ən böyük arzusu övladı sağlam görməkdir. Əliyevlər ailəsinin tək övladı olan Şakir neçə illərdir ki, bud-çanaq oynağında olan ağrılardan əziyyət çəkir. İmkansızlıqdan müalicəsini davam etdirə bilmir.
Mən bunları Emil Səfərova danışdım və o dəqiqə mən nə lazımdır kömək edərəm dedi Ailənin maddi imkanlarının heç olmadığını deyəndə lazım olsa bəzi xərcləri mən öz cibimdən ödəyərəm. Həm həkim kimi kömək etdi, həm də bəzi xərcləri özü ödədi. Emil həkim sizin kimi həm peşəkar həm də insani keyfiyyətləri yüksək olan həkimlərimizin sayı daha da çox olsun. Şakir artıq öz sağlamlığına qovuşub. Emil Səfərova ailəmizin dərin minnətdarlığını bildirməyinizi xahiş edirəm.Hörmətlə: Əliyevlər ailəsi:
Ən çox oxunanlar
Son xəbərlər