Xəbər lenti
29/08/2026 [15:37]
Bakıda leysan olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycanda evlənmək istəyənlərin dəhşətli xəstəlikləri üzə çıxdı

Baxılıb: 673     Tarix: 12-04-2019 16:34   

2019-cu ilin mart ayında nikaha daxil olmaq istəyən 9965 nəfər qan müayinəsinə cəlb olunub.
Bu barədə Modern.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.
Z.Əlimirzəyeva qeyd edib ki, 247 cütlükdən birində talassemiya daşıyıcılığı aşkarlanıb. Daha 5 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı qeydə alınıb:
"Həmçinin 9 nəfərdə HİV, 9 nəfərdə sifilis qeydə alınıb".
İnstitut direktorunun sözlərinə görə, 2015-ci ildən indiyədək 529915 nəfərdə qan müayinəsi aparılıb:
"18963 cütlükdən birində talassemiya daşıyıcılığı, 199 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1746 nəfərdə sifilis, 472 nəfərdə HİV(QİÇS) qeydə alınıb".



{sape_links}{sape_article}