Raksana Əliyeva
Baxılıb: 1 174 Tarix: 16-04-2019 12:11
"Həkimlik sənəti daim inkişaf edir, qazanılmış təcrübə hesabına zənginləşərək irəliləyir. Heç bir peşədə Hippokrat andı kimi and yoxdur. Hippokrat andı içən hər bir həkim o anda sona qədər sadiq qalmalıdır".
Raksana həkimə daxil olan minnətdarlıqlar içərisində Səlimovlar ailəsinin Sevinc xanımın razılıq dolu müraciəti xüsusilə diqqəti cəlb edir: Mənim etdiyim dualar Raksana həkimin yoluna nur saçsın deyir Sevinc xanım.
Hörmətli redaksiya heyəti sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Raksana Əliyevaya mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm. Biz də öz növbəmizdə Səhiyyə sahəsində əzmlə çalışan, həyat və fəaliyyətini xalqın sağlamlığına həsr edən həkimlər cərgəsində nüfuzu, bacarığı və uğurları ilə seçilən Raksana Əliyevaya həyatda can sağlığı, işdə nailiyyətlərlə dolu nurlu sabahlar arzulayarıq.
Hörmətlə: Sevinc xanım
Xəstəliyi vaxtında aşkarlanan Lalənin valideyini olaraq bildirirəm ki, Raksana xanımın müayinəsində olarkən fərqli abu-hava bizi qarşıladı. Burdakı qarşılaşdığımız nizam intizam, səliqə səhman və stirilizasiya sistemi bir anlıq hətda müayinədə olduğumuzu unutdurur. Mən anası və bütün Lalənin yaxınları bu cür həkimlər qarşısında baş əyirik. Göydə ALLAH və yerdə Raksana xanım olmaqla mənim qızıma dəqiq diaqnoz qoymaqla bizə də, yeni bir həyat bəxş etdi. Qürurla deyə bilərik ki, Azərbaycanda övladlarımızın və demək olar ki hər bir yaş həddində olan insanların sağlamlıqlarının qayğısına qalan belə həkimlərimiz var.
Hörmətlə: Sizin dəqiq müayinəniz nəticəsində həyatda yaşayan qızım Lalənin anası Südabə xanım
Qanunvehedef.az-ın ünvanına gələn məktubların içərisində bir gəncin həkimindən məmnunluğunu bildirməsi üçün hazırladığı bu yazının yayımlanmasını istəməsi diqqətimizi çəkdi və yazını olduğu kimi sizlərə təqdim edirik. Və bizdə düşünürük ki
Azərbaycanda Tibb yüksək səviyyədə inkişaf edir və dəyərli və savadlı mütəxəssislər günü gündən çoxalır.
Raksana həkim xəstələrə qarşı çox diqqətlidir. Apardığı dəqiq diaqnoz böyük effektə malikdir. Bundan əlavə, bildiyiniz kimi, həkimin müalicəsi ilə yanaşı, onun xəstəyə fərdi yanaşması, xəstə ilə təmasını düzgün qurması da, müalicənin səmərəli olmasında böyük rol oynayır. Bu baxımdan, Raksana həkim olduqca yüksək təcrübəyə malikdir. Raksana Əliyevanın həm peşəkar həkim, həm də qayğıkeş və səmimi insan kimi müsbət keyfiyyətlərindən çox danışmaq olar. Onun yüksək insani keyfiyyətləri həm də diaqnozun dəqiqliyini və keyfiyyətini artırır, eyni zamanda xəstələrin bir həkim kimi ona olan inamları artır. Belə həkimlərin qədrini bilmək biz xəstələrin borcudur.
Qəlbi Tanrı istəyilə nurlanan,
Bir məlakə timsalıdı həkimlər!
Açar qapısını naümid qalan.
Neçə dərdin dərmanıdı həkimlər!
Sizə ailəm və öz adımdan təşəkkür edirəm və möhkəm can sağlığı arzulayıram
Hörmətlə: Eldar müəllim

Ən çox oxunanlar
Son xəbərlər