Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Samir Hacıbabayev –Təcrübəli həkim

Baxılıb: 1 925     Tarix: 18-04-2019 10:45   

 

Əhali arasında yaxşı – peşəkar həkim kimi hörmət sahibi olan Samir Hacıbabayev sözün əsl –həqiqi mənasında öz ixtisası üzrə bilik və bacarığını qəlbən tətbiq edərək büxtələşən ustad həkimdir. Ölkəmizdə bütün sahələrlə yanaşı səhiyyə sahəsinin də dinamik inkişafı xalqın sağlamlığına olan diqqət və qayğının yüksək göstəricisidir. 

Əlbət ki, bu tərəqqidə öz ixtisasını praktik bilikləri ilə insanların şəfasına sağlamlığına həsr edən peşəkar həkimlərin rolu əvəzsizdir. Samir Hacıbabayev həm bir nüfuz sahibi ziyalı kimi həm də şəfalı əlləri ilə xalqın keşiyində dayanaraq, əzmlə çalışan həkim kimi təqdirəlayiq xidmətləri ilə sayılıb, seçilən səhiyyə işçisidir.  Artıq neçə illərdir ki, bu yolda şərəflə addımlayan Samir Hacıbabayev Real Hospitalın  Ümumi cərrahı ömrünün gecəsini-gündüzünü məhz insanların sağlamlığı, şəfa tapması yolunda həsr etmiş bir həkimdir. İşini çox sevir və öhdəsindən layiqincə gəlir Samir həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimdən razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar.
 Oxucuları əvvəlcə mövzumuzun qəhrəmanı ilə yaxından tanış edək:
 -1999-cu ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsini bitirmişdir.  --Ümumi cərrahiyyə və cərrahi onkologiya üzrə ixtisaslaşmışdır. Hərbi Tibb fakültəsində hərbi – səhra cərrahiyyəsi ixtisası üzrə təhsil almışdır. Hərbi hospitalda cərrah vəzifəsində xidmət etmişdir.
-2004-2005-ci ildə İstanbul Universiteti Tibb fakültəsi, İstanbul Memorial xəstəxanasında ---"Qaraciyər, öd yolları, mədəaltı vəzi cərrahiyyəsi və Orqan Nəqli” mərkəzində çalışmışdır.
-2006-2009-cu ildə Piroqov adına Moskva Milli Cərrahlıq Mərkəzində cərrahiyyə üzrə aspirantura keçmişdir.
- Onkoloji mərkəzin Torakoabdominal cərrahiyyə şöbəsində, Mərkəzi Klinikanın cərrahiyyə şöbəsində cərrah vəzifəsində çalışmışdır.
- 2010-cu ildə ABŞ-ın Klivlend Klinikasında "Qaraciyər, öd yolları, mədəaltı vəzi cərrahiyyəsi və Qaraciyər Nəqli” şöbəsində təcrübə keçmişdir.
 -30-dan çox məqalə müəllifidir, 400-ə yaxın laparoskopik əməliyyat, 2000-dən çox açıq əməliyyat icra etmişdir .
- Qaraciyər, öd yolları, mədəaltı vəzi, qida borusu, mədə və bağırsaqlar üzərində çoxlu sayda mürəkkəb əməliyyatlar aparmışdır.
- 35-dən çox II tip şəkərli diabetə görə mürəkkəb əməliyyatların icra edilməsində iştirak etmişdir.

The Transplantation Society-nin üzvüdür.

Azərbaycan təbabətində ilk olaraq bir çox mürəkkəb xüsusi əməliyyatları aparmışdır:
 Azərbaycanda ilk dəfə tam laparoskopik total kolektomiya (həddindən çox uzanmış yoğun bağırsağa görə)
 Soltərəfli adrenalektomiya (böyrəküstü vəzin şişinin çıxarılması)
 Mədəaltı vəzi əməliyyatından sonrakı mürəkkəb bağırsaq fistulasının ləğvi
 Paraaortal qanqlionevromanın çıxarılması
Aparılan əməliyyatların xüsusiyyətləri:
- Qida borusu, mədə, qaraciyər, öd yolları, mədəaltı vəzi və digər qarın boşluğu orqanları üzərində planlı və təcili əməliyyatlar.
 - Əməliyyatdaxili endoskopiyanın, USM və rentgenoloji müayinənin tətbiqi.
 - Ən müasir avadanlıqlarla (Karl Storz, Covidien, Ethicon) radikal və geniş əməliyyatlar.
 - Təhlükəsiz əməliyyat və əməliyyat sonrakı dövr üçün müasir protokoların tətbiqi.

Təqdim etdiyimiz bu məqalə ümumi cərrah Samir Hacıbabayevin  böyük səyi və zəhməti ilə həyata qayıdan yüzlərlə xəstələrdən biri olan ixtisasca mühəndis olan Fikrət Əliyevin redaksiyamıza ünvanladığı məktub əsasında tərtib olunmuşdur. F. Əliyev yazır: Neçə illər idi ki, Bağırsaq keçməzliyindən, ağrılardan əziyyət çəksəm də  müxtəlif səpgili müalicələrlə vaxtı keçirir və əməliyyata getməyə heç cür məni razı sala bilmirdilər. Belə çətin bir anda cərrah – həkim Samir Hacıbabayevə  müraciət etməyim məsləhət görüldü. Həkim – cərrah məni əməliyyat etdi. Qısa bir zaman ərzində tam sağalıb işimə başladım. İndi isə düşünürəm kaş, illər öncə bu xəstəlikdən azad olaydım. Necə mənalı çağları ağrı – acıya görə heçə verib istədiyimi yeyə bilməmişəm. Evdə ailəmi, övladlarımı narahat etmişəm. Zəhmətimlə, elmi – biliklərimi sərf etdiyim əmək haqqımı iynə - dərmana sərf etmişəm. O vaxtlar həkim – cərrah Samir Hacıbabayevi tanısaydım çoxdan bağırsağımla  bağlı problemlərdən bu ağrı – acılardan xilas olardım.
  Hörmətli redaksiya heyəti sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Samir Hacıbabayevə  mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm. Biz də öz növbəmizdə Səhiyyə sahəsində əzmlə çalışan, həyat və fəaliyyətini xalqın sağlamlığına həsr edən həkimlər cərgəsində nüfuzu, bacarığı və uğurları ilə seçilən Samir Hacıbabayevə həyatda can sağlığı, işdə nailiyyətlərlə dolu nurlu sabahlar arzulayırıq.
 
Hörmətlə: Fikrət Əliyev
Hörmətli Samir həkim! Ölkəmizin sizin kimi profesional həkimlərə ehtiyacı var. Mənim kimi yüzlərlə, bəlkə də minlərlə xəstəliyikdən əziyyət çəkənlər var. Siz onları şəfalı əllərinizlə həyata qaytarırsınız. Mənim kimi xəstələrin ölkədən kənara müalicəyə getməmələrinə məhz sizin kimi həkimlər səbəb olur. Dalaq artıq qarın boşluğuna yerləşmirdı. Əməliyyat çox riskli idi. Mənim üzərimdə xüsusi texnologiyalar vasitəsilə icra etdiyiniz dalaq əməliyyatı sayəsində mənim həyatda yenidən yaşamaq ümüdümü artırdız. Qanaxma minumuma endi. Sağ olun ki, varsınız. O qızıl əlləriniz heç vaxt dərd görməsin. Allah uğurlarınızı, nailiyyətlərinizi davamlı etsin. Sizin kimi həkimlərə səhiyyəmizin ehtiyacı çoxdur.
Hörmətlə:Mehparə Səfixanova


Samir Hacıbabayev Neçə - neçə insanlara xoşbəxtlik bəxş edən gözəl insan, savadlı həkimim. Həyatda yaşamağımın  başlıca səbəbkarı məhz siz oldunuz. Yanınıza ilk dəfə gələndə çox ümidsiz idim. Çox tez bir vaxt ərzində bu xoşbəxtliyi məhz siz yaşatdınız mənə. Allah sizi də həmişə sevindirsin mənim həkimim Samir həkim.
Mən də bütün gənclər kimi sağlam yaşamaq istəyirəm. Təəssüf ki, məndə Bağırsaq keçməzliyi  xəstəliyi var və 17 ildir ki, bağırsağım çöldə qalmışdı çox əziyyət çəkirdim. Qapı döymədiyim xəstəxana və həkim qalmadı, heç bir həkim dərdimə əlac tapa bilmədi. Artıq əlimi həyatdan üzsəm də, ümidimi Allaha bağlamışdım. Təsadüfən bizə dedilər ki, Real Hospitalda Samir Hacıbabayev adlı ixtisaslı həkim-cərrah var, o bir mütəxəssis kimi öz ixtisasını mükəmməl bilir, hətta bir çox ölkələrdən həkimin yanına xəstələr gəlir. Çox təcrübəli həkimdir. Samir həkim məni əməliyyat etdi. Yoğun bağırsağı içəridəki bağırsağa caladı və mən sağlamlığıma qovuşdum.

Hörmətlə: Suqra Babayeva

Daha bir minnətdarlıq məktubu içərisində Rəhim və Gülnarə adlı pasientlərin təşəkkürü diqqətimi şəkdi. Bizim əziz, vicdanlı həkimimiz. Bu gün həyatda sağlam, gümrah olmağımızda göydə Allaha, yerdə sizə borcluyuq. Bizim üzərimizdə sizin əziyyətiniz çoxdur. Bizi eyni gündə əməliyyat etdiniz. Hər ikimizin öd kisəsində daş var idi. Siz bizi qapalı üsulla əməliyyat etdiniz. Bizi övladlarımıza sağlam şəkildə qaytardınız. Yaxşı ki, varsınız, var olun hər zaman.
 Hörmətlə: Rəhim, Gülnarə


Sözün əsl mənasında Hippokrat andına sadiq həkim Samir Hacıbabayevə bütün ziyalı təbəqə, Media nümayəndələri və xalqımız adından dərin minnətdarlığımı bildirərək, həyatda ailəsi - əzizləri ilə bərabər səadət dolu ömür yolu, fəaliyyətində daima uğurlar diləyirik Uca Tanrıdan.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar