Xəbər lenti
29/08/2026 [15:37]
Bakıda leysan olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Tibb dünyasında inqilab - Ürək istehsal edildi - FOTO

Baxılıb: 702     Tarix: 17-04-2019 23:31   
İsrailli alimlər insan toxuması və damarlardan istifadə edərək 3 ölçülü printerdə bir ürək istehsal edə biliblər.
Qanunvehedef.az ölkə.az-a istinadən bildirir ki, dünyada bir ilk olan bu hadisə orqan nəqli sahəsində cığır aça biləcək bir inkişaf kimi qiymətləndirilib.
Tel-Əviv universitetinin alimləri bir xəstəyə aid hüceyrələri və biolojik materialların vasitəsilə 3 ölçülü printerdə ürək istehsal ediblər. Layihəyə rəhbərlik edən professor Tal Dvir deyib:
"Dünyada ilk dəfə bütün bir ürək hüceyrələri, qan damarları, kameraları və qarıncıqları ilə birlikdə bütün olaraq uğurlu bir şəkildə hazırlandı və istehsal edildi".
Dvir xatırladıb ki, bir müddət əvvəl üç ölçülü printerlə slikon bir ürək istehsal edilib: "Amma o ürəkdə hüceyrə və qan damarları ox idi". Bir dovşan ürəyi böyüklüyündə olan orqanın eyni texnologiyadan istifadə edərək insan ürəyinin də istehsal edilə biləcəyi qeyd edilir.
Alim qeyd edib ki, üç ölçülü printerdə istehsal edilən ürəklər əsl ürək kimi işlədikdən sonra heyvanlara nəql ediləcək.



{sape_links}{sape_article}