Emil həkim xəstələrə qarşı çox diqqətlidir
Baxılıb: 821 Tarix: 18-04-2019 10:31

Uzman Dr. Emil həkimin həm peşəkar həkim, həm də qayğıkeş və səmimi insan kimi müsbət keyfiyyətlərindən çox danışmaq olar. Onun yüksək insani keyfiyyətləri həm də müalicənin səmərəliliyini və keyfiyyətini artırır, eyni zamanda xəstələrin bir həkim kimi ona olan inamları artır. Belə həkimlərin qədrini bilmək biz xəstələrin borcudur.
Səlimovlar ailəsi olaraq Mərkəzi Gömrük Hospitalının kollektivinə səmimi qəlbdən təşəkkür edirik, can sağlığı işlərinizdə uğurlar arzulayırıq. Qeyd edək ki, övladımızın gözü olduqca zəif görürdü. Biz uşağı Mərkəzi Gömrük Hospitalına gətirdik. Emil həkimin etdiyi Eksimer lazer əməliyyatı cəmi 45 saniyəyə oğlumun tam görməsini təmin etdi.

Hörmətlə: Rövşən müəllim
Gözümdə yaranan problemlərlə bağlı Gömrük Hospitalına müraciət etməyim heç də təsadüfi deyildi, çünki bilirdim ki, burada savadlı, peşəkar həkimlər çoxdur. Elə bu səbəbdən də Mərkəzi Gömrük Hospitalına gəldim. Gənc olmasına baxmayaraq, öz işinin mütəxəssisi olan, işini çox sevən bu həkim sanki bizim ağ xalatlı xilaskarımız oldu.
Tibbi personalın səyi nəticəsində mənim üzərimdə aparılan əməliyyat çox uğurla keçdi. İndi özümü çox gümrah hiss edirəm. Sağlamlığımın bərpasında əməyi olan tibb işçilərini isə yaddan çıxarmıram. Hospitalın bütün kollektivinə başda o cümlədən Emil həkimə minnətdarlığımı bildirirəm. Müalicə olunduğum müddətdə qayğıma qalan, tez sağalmağım üçün bilik və bacarıqlarını əsirgəməyən xilaskarıma deyirəm. Şəfalı əlləriniz var olsun.
Hörmətlə: Sabir Məmmədov
Emil həkimin şəfalı əllərinin bəhrəsini bizdə gördük. Ona görədə Emil həkim başda olmaqla bütün tibbi personala öz təşəkkürümü bildirərək,onlara uzun ömür,möhkəm can sağlığı və işlərində yeni-yeni uğurlar arzu edirəm!!!..... Bu sətirlər Emil həkimin müalicəsindən şəfa tapan Bakı sakini Faiq Rzayevin “Qanunvehedef.az” saytına yazdığı minnətdarlıq məktubundandır. “Düzü, mən görəcəyimə ümidimi itirmişdim. Məni həmin həkimin yanına apardılar. Emil həkim bizi çox səmimi və mehribancasına qarşıladı. Məni müayinədən keçirdikdən sonra dedi ki, səndə qorxulu bir şey yoxdur, əməliyyat edəcəyik, xəstəlikdən qurtulacaqsan. Artıq müalicə öz bəhrəsini verir”. Mən həyata yenidən ümidimi bağladım .
Hörmətlə: Faiq Rzayev
Ən çox oxunanlar
Son xəbərlər