Daha bir təşəkkür məktubu Elnurə Novruzovaya ünvanlandı
Baxılıb: 1 177 Tarix: 20-04-2019 13:15
Sumqayıt şəhər 3 saylı Poliklinikanın həkim endokrinoloqunun kabinetinin qarşısında xəstələr həddindən artıq çox olur. Çünki bu xəstələr təksə Sumqayıtdan yox, Azərbaycanın şimal bölgəsindən gələn xəstələrdir. Onların hamısı Elnurə həkimi deyib gəlirlər. Çünki bu insan öz işinin yüksək mütəxəsisi olmaqla, çox mehriban, diqqətcil həkimdir. Onun apardığı müalicə və müayinənin dəqiq olduğu üçün ona müraciət edirlər.
Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsil həkim allahın xeyir duasını almış mələkdir, xilaskardır.
Redaksiyamıza gələn məktublar arasında bir məktub diqqətimi cəlb etdi. Sumqayıt şəhər sakini Seymur Abbasovun yazdığı həmin məktubda Sumqayıt şəhər 3 saylı Poliklinikanın həkim endokrinoloqunun Elnurə Novruzovanın yaxşı həkim, xeyirxah insan olmasından söhbət açırdı:
Hörmətli redaksiya!
Ömrüm boyu əməksevər, sadə bir insan olmağa çalışmışam. Haqq-ədalətin, düzgünlüyün tərəfdarı olmuşam. Özümü həmişə sağlam hiss etmişəm. Lakin son dönəmlərdə səhhətimdə yaranan narahatlıq üzündən həkimə müraciət edəsi oldum. Əllərim ayaqlarım şişirdi, arıqlayırdım. Qəbulunda olarkən, edilən səmimi – açıq söhbətlər mənim daxilimdə yaşayacağıma ümidimi artırdı. Həkimin mənimlə diqqətlə və səbirlə davranmağı onun insanlığını və xəstələrə olan qayğısından xəbər verirdi. Onu da deyim ki, hər bir həkim pasientə qarşı belə təmkinli olmur. Elnurə həkimin təyin etdiyi müalicə əsasında dünyaya qayıtmağım mənə yenidən yaşamaq həvəsini artırdı. Bu gün hal – hazırda ailəmin əhatəsindəyəm. Onların sevinc göz yaşları həkimin sayəsində oldu. O həkimin qızıl əlləri, heç vaxt dərd görməsin. Allah uğurlarını, nailiyyətlərini davamlı etsin. Onun kimi həkimlərə səhiyyəmizin ehtiyacı çoxdur.
Sizdən xahiş edirəm ki, Elnurə Novruzova kimi dəyərli həkimlərimizin qədrini bilək, onların layiqli dəyərini verək
Bunu Elnurə Novruzovanın həkimlik karyerasında sağaldıb həyata qaytardığı insanların sağlıq durumları da, xəstə yaxınlarının dərin minnətdarlıq hissi ilə söylədikləri də bir daha sübut edir.
Sağ ol Elnurə həkim, Tanrı sizi qorusun.

Ən çox oxunanlar
Son xəbərlər