Anar Yusibov – Səhiyyəmizin xilaskarı
Baxılıb: 1 554 Tarix: 20-04-2019 13:30
“Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir
Heydər Əliyev.
Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsil həkim allahın xeyir duasını almış mələkdir, xilaskardır.
Səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan həkimlərimizdən biri də Tibb üzrə Fəlsəfə Doktoru Anar Yusibovdur.
Anar həkimi təkcə Bakıda yox respublikamızda və ondan kənarlarda da çox savadlı, bacarıqlı cərrah-həkim kimi tanıyırlar. Məhz buna görə Anar Yusibova müraciət edən xəstələrin sayı həddindən artıq çoxdur. Mənim də həyat yoldaşımın vəziyyəti çox ağır olduğuna görə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin ümumi cərrahı Anar həkimə müraciət etdik. O, həyat yoldaşımı yüksək səviyyədə əməliyyat etdi və biz orada olduğumuz müddətdə şöbənin işçiləri əllərindən gələni etdilər ki, müalicə yüksək səviyyədə getsin. Ona görə də belə qərara gəldim ki, Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həkim – cərrahı Anar Yusibov başda olmaqla bütün xəstəxana kollektivinə öz təşəkkürümüzü Qanun və hədəf.az vasitəsi ilə bildirim. Bu, təkcə bizim yox, Anar həkimin əlindən şafa tapan yüzlərlə xəstələrin arzusudur. Mənim və övladlarımın hədsiz həyəcanlandığımızı görən Anar həkim bildirdi ki, narahat olmağa heç bir səbəb yoxdur. Xəstəniz sağalacaq.
Hörmətli redaksiya, artıq həmin həyəcanlı günlər arxada qalıb. Anar həkimin şəfalı əlləri ailəmizin əvvəlki sevincini özünə qaytarıb...
Təmənnasız, qayğıkeş, xəstəsini bir an belə nəzarətsiz qoymayan, Hippokrat andına həmişə sadiq qalan həkim-cərrah Anar Yusibova ailəmizin dərin minnətdarlığını bildirməyinizi xahiş edirəm...
Arzumuz budur ki, təki Azərbaycandakı bütün xəstəxanalarda Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində olan diqqət, mehribançılıq, hər işçinin öz işinə peşəkarcasına yanaşması kimi olsun. Onda həqiqətən də xəstələrimiz rufah hallarının ağır olduğu bu vəziyyətdə borc-xərclə müalicə olunmaq üçün daha xarici ölkələrə getməz və onlar öz müalicələrini də məhz ölkəmizdə davam etdirər, tam sağalarlar.
Hörmətlə; Sahib Hüseynov

Ən çox oxunanlar
Son xəbərlər