Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycan səhiyyəsində Rəşad Məmmədxəlilov kimi bacarıqlı, peşə borcunu vicdanla, təmənnasız yerinə yetirən həkimlərimiz var.

Baxılıb: 2 272     Tarix: 23-04-2019 12:56   
Azərbaycanda dünya standartlarına cavab verən tibb müəssisələri çoxdur. Belə tibb ocaqlarından biri də New Med Klinikasıdır. Müasir dünya tələblərinə cavab verən klinika ən son texniki avadanlıqlarla təchiz olunmuş, əhaliyə tibbi xidmət ən yüksək səviyyədədir.
Tibb ocağında yaradılmış nizam-intizam, müraciət edən xəstələrlə xoş rəftar, hər bir xəstəyə xüsusi qayğının nəticəsidir ki, bu tibb ocağına müraciət edən pasientlərin sayı ilbəil artır. Müraciət edən hər bir vətəndaş burada şəfa tapır, sağlamlığına qovuşur. Klinikada öz işinə məsuliyyətlə yanaşan, peşəkar həkimlər çoxdur. Onlardan biri də həkim –terapevt Dr.Rəşad Məmmədxəlilovdur.
Qanunvehedef.az-ın ünvanına gələn məktubların içərisində bir gəncin həkimindən məmnunluğunu bildirməsi üçün hazırladığı bu yazının yayımlanmasını istəməsi diqqətimizi çəkdi və yazını olduğu kimi sizlərə təqdim edirik. Və bizdə düşünürük ki
Azərbaycanda Tibb yüksək səviyyədə inkişaf edir və dəyərli və savadlı mütəxəssislər günü gündən çoxalır.
Mən öz ailəmiz və bütün xəstələrin  adından Rəşad həkimə öz təşəkkürlərimizi bildiririk və deyirik: “Bir həkim bir aləm deməkdir. Qoy Ulu Tanrı həmişə sizə yar olsun. Siz Hippokrat andına sadiq olduğunuza görə həmişə seviləcək və həmişə də hörmətlə qarşlanacaqsınız. Bu xeyirxahlığınıza, insanlara dərin sevginizə görə də Böyük Yaradan həmişə sizi qoruyacaq”.
 Hörmətlə Fariz bəy
Artıq neçə müddətdir ki, oğlumun sağlamlığına qovuşması üçün getmədiyim ünvan, döymədiyim xəstəxana qapısı qalmamışdı. Bütün həkimlərin diaqnozu eyni idi, amma xəstəliyin geriləməsi, oğlumun  ailəsinin dağılmasına gətirib çıxarırdı.
Elə bu fikirlərlə artıq oğlumu  qonşu ölkələrdən birinə aparmağa hazırlaşırdım. Lakin son ünvanımız olan New Med Klinikasının  həkim –terapevti Rəşad Məmmədxəlilovla qarşılaşdıq. Öz işinin mütəxəssisi olan, işini çox sevən bu həkim sanki bizim ağ xalatlı xilaskarımız oldu. Rəşad həkimin biliyi və təcrübəsi sayəsində oğlum öz sağlamlığına qovuşdu.
 Hörmətlə: Samir Məmmədov
Mən nənəsi və bütün Sevdanın  yaxınları bu cür həkimlər qarşısında baş əyirik. Göydə ALLAH və yerdə Rəşad həkim bizim balamıza elə məhz bizə də, yeni bir həyat bəxş etdi. Belə bir həkimin Azərbaycanda olması ilə şəxsən mən və yaxınlarımız fəxr edirik. Qürurla deyə bilərik ki, Azərbaycanda övladlarımızın və demək olar ki hər bir yaş həddində olan insanların sağlamlıqlarının qayğısına qalan belə bir xəstəxana mövcuddur.
Bizdə redaksiya heyətimiz adından çox dəyərli həkim, sözün həqiqi mənasında peşəkar, dəyərli dostumuz Dr. Rəşad Məmmədxəlilova  Laçından  olan gənc Xəyalı təmənnasız olaraq yüksək səviyyədə müalicə etdiyi, onu hər an baş verə biləcək ölümün əlindən aldığı üçün çox təşəkkür edirik.
Göründüyü kimi Azərbaycan səhiyyəsində Rəşad Məmmədxəlilov  kimi bacarıqlı, peşə borcunu vicdanla, təmənnasız yerinə yetirən həkimlərimiz var. Ancaq arzu edirik ki, belə həkimlərimizin sayı çox olsun. Rəşad həkimə də can sağlığı və daha böyük uğurlar arzulayaraq deyirik: 

“Əlləriniz var olsun, həkim!”
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar